Yuxarı

Ukrayna ordusu separatçıları darmadağın etdi - Yenilənib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slavyansk ətrafında anti-terror əməliyyatları yenilənib və intensiv atışma gedir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər naziri Arsen Avakov bildirib.

Onun sözlərinə görə, Semyonovka rayonunda separatçılar daha aktiv şəkildə hökumət qüvvələrinə müqavimət göstərirlər: "Bizim BTR 4E maşınımıza bir neçə dəfə qumbaraatanla hücum etmək istədilər. Slavyansk, Kramatorsk, Krasnıy Liman əhalisindən evdən çıxmamalarını, terrorçuların mövqelərinə yaxın getməməyi xahiş edirik".

Məlumata görə, Ukrayna ordusunun qırıcıları da anti-terror əməliyyatında iştirak edir.

13:02

Ukrayna anti-terror qüvvələri Severodonetskdə separatçıların düşərgələrini darmadağın edib, həmçinin Donetskin azad olunmasını davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov məlumat verib.

Luqansk vilayətində havadan endirilən zərbələrlə separatçıların blok-postları məhv edilib. Bundan başqa Luqanskdakı sərhəd məntəqəsinə hücum edən terrorçular geri çəkilib", - deyə Turçinov bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından etibarən Severodonetskdə çoxlu sayda terrorçu məhv edilib: "Hazırda anti-terror əməliyyatı Donetskin şimalının azad edilməsi üçün əməliyyat aparır. Əməliyyat kifayət qədər uğurla gedir. Gün ərzində konkret nəticələr əldə edəcəyik".

Tarix
2014.06.03 / 13:02
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla