Yuxarı

Zakir Həsənovun Moskva və İran səfərinin gizlinləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərbin yeganə çıxış yolu potensial partnyor, yaxın tərəfdaş kimi Azərbaycanı dəstəkləməkdir".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu Müdafiə naziri Zakir Həsənovun ABŞ Müdafiə katibi ilə görüşünü şərh edərkən deyib.

O, Qərbin Azərbaycana yönəltdiyi mesajların konkret olduğunu bildirib:

"ABŞ və Fransanın Azərbaycana yönəlik mesajları kifayət qədər konkretdir. Bu, birincisi Avrasiya İttifaqı ilə bağlıdır. Azərbaycanın müxtəlif basqılar və ya şirnikləndirici təkliflərlə bu birliyə qoşulması Rusiya tərəfindən nəzərdə tutulur. Rusiya müxtəlif cəhdlər edir ki, buna nail olsun. Ona görə də Ermənistanla müttəfiq olmağına baxmayaraq, Azərbaycana silah satır. Buna görə də Qərb çalışır ki, Azərbaycana alternativ təkliflər versin. Qərbin bu mənada manevr imkanları daha çoxdur. Çünki Ermənistan artıq faktiki olaraq öz seçimini edib. Bundan sonra Qərb mesajlarında Ermənistanı nəzərə almaya bilər. Belə olan halda Qərbin yeganə çıxış yolu potensial partnyor, yaxın tərəfdaş kimi Azərbaycanı dəstəkləməkdir. Azərbaycanın yeganə uduzacağı şey Rusiyadan ediləcək təzyiqlər olacaq. Rusiya onsuz da təyziqlər edirdi. Bu gün Azərbaycanın siyasətində iki amilin şahidi oluruq. Bir tərəfdən deyirik ki, Rusiya Azərbaycana silah verir, digər tərəfdən isə ən müxtəlif formalarda qapalı və açıq təzyiqlər edir. Qərbin bu məsələlərinin arxasında ilk növbədə Azərbaycanı öz sıralarında görmək istəyi dayanır".

Politoloq Azərbaycanın hazırda mövqe araşdırması etdiyini söyləyib:

"Zakir Həsənov ABŞ-ın Müdafiə katibi ilə görüşməzdən qabaq Mosvkvaya da, İrana da getdi. Güman edirəm ki, bu, haradasa mövqe araşdırmalarıdır. Təbii prosesdir. Gürcüstan və ABŞ-dakı görüşləri Qərbə mesaj kimi şərh etmək birtərəfli olardı. Azərbaycanın mənafeyinə uyğun addımlar atılmalıdır. Amma bu mənafe o demək deyil ki, Qarabağı əldə etmək naminə ölkə ərazisində ya Rusiya, ya da NATO-ya hərbi baza yaratmaq imkanı verilsin. Çünki istənilən halda bu, müstəqilliyin məhdudlaşdırılmasıdır. Ölkənin ərazisində xarici hərbi qüvvənin olması ölkənin maraqlarına xidmət göstərmir. Azərbaycanın hərbi doktrinasında da bu göstərilib ki, ölkə ərazisində xarici ölkələrin hərbi bazaları ola bilməz. Mənə elə gəlir ki, Azərbaycan mütləq seçim etməli olacaq. Artıq maraqların toqquşması pik həddə çatıb. Şübhəsiz ki, toqquşan tərəflərin arasında qalmaq bizə heç nə verməyəcək. Artıq balanslı siyasət yoxdur. Bu yalnız o zaman mümkün idi ki, heç bir mövqe tələb olunmasın".

Qeyd edək ki, bu gün Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun ABŞ-ın Müdafiə katibi Çak Heygel ilə görüşü planlaşdırılır.

Tarix
2014.06.03 / 12:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla