Yuxarı

Misir Mərdanov 100 min rüşvət verən rəisdən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin sabiq idarə rəisi İsaxan Babayevə qarşı 100 min manatlıq dələduzluq edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

M. Mərdanov deyib: "Mən bu məsələ ilə bağlı maraqlanıb öyrəndim. Deməli, o adamı mən təhsil naziri vəzifəsindən gedəndən sonra işdən çıxardıblar. O, yerinə qayıtmaq üçün kiməsə 100 min pul verib. Bu hadisə də məndən sonra baş verib. İsaxan Babayevi isə elə yaxşı tanımıram. Çünki onunla az işləmişəm. O, Təhsil Nazirliyinin Tikinti İdarəsinin rəisi olub".

Xatırladaq ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İsaxan Teymur oğlu Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ilin may ayında Nəsimi rayonu ərazisində Ağdur adlı şəxsə (soyadı bilinmir) 100 min manat pul verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin sonuncu pulu alaraq vədinə əməl etməyib.

Onu da bildirək ki, İsaxan Babayev 2011-ci ildə vəzifəyə təyinat alıb. Lakin Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ.Babayev də işdən çıxarılıb /Publika.az/.

Tarix
2014.06.03 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla