Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
28 May 2018


Erməni mediası: ”Rusiya, yox olasan zəmanətinlə birgə”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astanada baş verən məlum hadisələrdən bir neçə gün keçməsinə baxmayaraq, Ermənistan media qurumları prezident Serj Sərkisyana və digər tərəflərə ittihamlarına ara vermir.

Bu ölkənin media agentliyində getmiş "Yox olasan bu zəmanətinə görə" başlıqlı təhlildən aydın görünür ki, söhbət Rusiyanın öz vassalı Ermənistana münasibətindən gedir. Vurğulanır ki, Ermənistan regionda hamıdan çox, Rusiyanın destruktivliyi ilə üzləşib. Əlavə edilir ki, keçmiş SSRİ-nin süqutundan sonra xarici siyasətini qurmağa çalışan Rusiya dünyada olduğu kimi, Cənubi Qafqazda da müəyyən fiasko ilə üzləşdi. Yəni əvvəllər olduğu kimi, başda Putin olmaqla, hakimiyyətin yuxarı eşalonuna nüfuz edən keçmiş KQB işçiləri Sovetlərin qoyduğu qaydalarla irəliləməyi özlərinə rəhbər tutdular. Ötən onilliklər ərzində, demək olar ki, Rusiya Cənubi Qafqaza heç bir yenilik gətirmədi.

Yazıda daha sonra Rusiyanın müttəfiqi Ermənistana münasibətinə toxunulur. Qeyd olunur ki, zaman keçsə də, Kreml Ermənistanda nə siyasi, nə iqtisadi, nə də digər sahələrdə rəqabətə davamlı mexanizmlər, texnologiyalar ortaya qoymayıb. Əksinə, neqativ nələr varsa, hamısı Ermənistanda kök atmağa başlayıb. Ermənistan ictimaiyyəti günü-gündən anlamağa başlayıb ki, Rusiya heç bir vaxt müttəfiq ola bilməz. Yanaşma təkcə bir amilin üzərində qalıb, saxlanılıb – o da Ermənistanın təhlükəsizliyinin qarantı məsələsi. Sadə ermənilər hesab edir ki, Türkiyə və Azərbaycanın hücumundan Ermənistanı yalnız Rusiya xilas edə bilər.

Yazı müəllifi bu yanaşmanı kökündən yanlış adlandıraraq, təhlükəsizlik məsələsi anları yetişəndə Rusiyanın erməniləri meydanın ortasında tək qoyduğunun şahidi olduqlarını vurğulayıb. Ermənilər hesab edir ki, təhlükəsizlik məsələsi silahdan daha çox, mənəvi amillərin aliliyinin qorunması, bərqərar olunmasıdır.

Qazaxıstanın paytaxtı Astanada baş verənləri əsas gətirən erməni təhlilçilər əksinə, hesab edirlər ki, Ermənistanın təhlükəsizliyini zərbə altında qoyan, onun müasir dünyada seçiminə mane olan ölkə varsa, o da Rusiyadır: "Hətta Moskva Ermənistan üçün ən böyük təhlükədir".

Təhlilin sonunda Rusiyanın bir məsələdə Ermənistanın qarantı olduğu vurğulanır – o da yerində saymaq və əyalət statusunda qalma amilində.

Tarix
2014.06.03 / 17:00
Müəllif
Elnur Elmanoğlu
Şərhlər
Загрузка...
Digər xəbərlər

İbrahimbəyova zəng vurdum və onunla açıq danışdım - Mir Şahin

Tarixi gün: 100 yaşlı Azərbaycan belə yaradıldı - Video

Fransalı nazir Şəhidlər Xiyabanını ziyarət etdi - Foto

Bülbüloğlu Rusiyadan əsas gözləntisini açıqladı: Qarabağ...

Petrosyan Paşinyanın çöküşünə hazırlaşır - Açıqlama

Prezidentdən anons: Bir neçə gündən sonra...

ABŞ uduzdu: Türkiyə əsas hədəfinə çatır

F-35 qadağası: Türkiyənin cavabı nə olacaq?

Bakıdan “qırmızılar” çağırıldı və Tiflis qan içində boğuldu

Heydər Əliyev məzun oldu: Prezident ADA-da - Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla