Yuxarı

Trampı yalnız savaş xilas edə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampla heç kim işləmək istəmir, Ağ Ev sahibi komandasının üzvlərini əlcək kimi dəyişir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Feysbuk hesabında yazıb:

“Amerikanın uzaq və yaxın siyasi tarixini pis bilmirəm, son 100 ildə bu ölkənin dövlət başçılarının siyasi kariyeralarına az-çox bələdəm. Bu biliklərimdən çıxış edərək Prezident Donald Trampın sözün həqiqi mənasında fenomen olduğu qənaətinə gəlirəm. Amerikanın ikinci belə prezidentini xatırlamıram. Onsuz da Ağ Evdə peşəkar qıtlığı var idi, olanlar da ya şefləriylə yola getmirlər, ya da öz aralarında didişir, mətbuat səhifələrində bir-birilərinə atmaca atırlar”.

E.Şahinoğlu Trampın prezidentliyinin 4 ilini çox çətinliklə başa çatdıracağını bildirib:

“Əgər başa çatdıracaqsa… Üzvü olduğu Respublikaçılar Partiyası da ondan üz döndərməyə yaxındır. Trampı dünyanın hansısa nöqtəsində yalnız hansısa uğurlu hərbi kampaniya xilas edə bilər. Ancaq Amerikanın son illər hansı hərbi kampaniyası uğurlu olub ki? İraqda və Liviyada diktatorları devirsələr də, bu ölkələr terrorizmin və məzhəb savaşlarının yuvalarına çevrildi. Əfqanıstana daxil oldular ki, Talibanı zərərsizləşdirsinlər, təşkilat bu günə qədər ölkənin əksər hissəsinə nəzarət edir”.

Tarix
2017.08.20 / 09:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla