Yuxarı

Oqtay Əsədov Çexiyanın Xarici işlər naziri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Çexiyanın xarici işlər naziri Lubomir Zaoralekin başçılığı ilə bu ölkənin nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan sədr Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Qeyd edilib ki, hələ sovetlər dönəmindən təhsil, mədəniyyət sahələrində əlaqələrimiz mövcud olub: "Biz bu əməkdaşlığı həyatın digər sahələrində də inkişaf etdirmək niyyətindəyik".

Parlamentin sədri dövlət başçılarının görüşləri zamanı aparılan danışıqların münasibətlərimizin daha da möhkəmlənməsinə yaxşı zəmin yaratdığını deyib. Bildirilib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrin dərinləşməsinə də öz təsirini göstərəcək.

Spiker dövlətlərarası münasibətlər sistemində parlament diplomatiyasının mühüm rol oynadığına diqqət çəkib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda birgə səmərəli fəaliyyət ümumi mənafelərə xidmət edir. Əlaqələrin dərinləşməsinə dostluq qrupları da mühüm töhfə verir.

O.Əsədov Çexiya Deputatlar Palatasının Xarici əlaqələr komitəsində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul olunmasını yüksək dəyərləndirib. Buna görə Çexiya tərəfinə öz dərin minnətdarlığını bildirərək deyib ki, Azərbaycan Çexiya ilə bundan sonra da həyatın bütün sahələrində əlaqələrini daha da dərinləşdirmək niyyətindədir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə edib. Qeyd edib ki, dövlətlərarası münasibətlərin dərinləşməsində parlament diplomatiyasının özünəməxsus yeri var.

L.Zaoralek səfər müddətində keçirdiyi görüşlərdən və aparılan danışıqlardan söz açaraq bildirib ki, ölkəsi Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərir: "Siyasi, iqtisadi əlaqələrlə yanaşı turizm, təhsil, energetika, nəqliyyat və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur".

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Çexiyadakı səfiri Tahir Tağızadə, Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka və digər rəsmi şəxslər də iştirak ediblər.

Tarix
2014.06.03 / 19:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla