Yuxarı

Kəmaləddin Heydərov beynəlxalq əməkdaşlıq təklif etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Qəbələ şəhərindəki "Konqress Holl"da keçirilən "İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı" davam edir.

Öncə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov çıxış edərək, konfrans iştirakçısı olan ölkələri möhkəm və dini bağların, qarşılıqlı məqsəd və hədəflərin tarix boyu bir araya gətirdiyini deyib.

Nazir İƏT-lə Azərbaycan arasında iqtisadi, texniki və mədəni sahələrdə əməkdaşlığın 20 ildən artıqdır uğurla həyata keçirildiyini bildirib: "Bu əməkdaşlıq Azərbaycan Fövqəladə Hallar Nazirliyi təsis edildikdən sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Təbii Fəlakət Riskinin İdarə Olunması üzrə Regional Mərkəzi ilə əlaqələrin qurulmasında da özünü doğruldub. Bugünkü konfransın belə yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Azərbaycanda təşkil olunması bunu bir daha sübut edir".

Dünyanın müxtəlif ölkələrində baş verən fövqəladə hadisələrin həm maddi, həm də insan itkisinə səbəb olduğunu deyən nazir K. Heydərov bu itkilərin miqyasının azaldılması üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb.

O, seysmik cəhətdən fəal zonada yerləşən Azərbaycanda digər fəlakətlərin də baş vermə ehtimalının yüksək olduğunu deyib. Nazir rəhbərlik etdiyi qurumda xarici ölkələrdə baş vermiş təbii fəlakətlərin aradan qaldırılması üçün mərkəzin yaradıldığını, bir sıra ölkələrə humanitar yardımlar edildiyini bildirib.

K. Heydərov qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə risklərin idarə olunması sahəsində son nailiyyətləri bölüşmək, hökumət, qeyri-hökumət nümayəndələri və ekspertlər arasında məlumat mübadiləsi aparmaqdır: "Bu gün fəlakətlərin idarə olunması anlayışına fəlakət baş verdikdən sonra yardım və nəticələrin aradan qaldırılması deyil, fəlakət baş verməzdən əvvəl qarşısını almaq və hazırlıq tədbirləri kimi baxılır. Bu tədbirlərə birgə təlimlər, müvafiq təhsil proqramları və kütləvi informasiya vasitələri ilə regionun əhalisi arasında təbii fəlakətlərlə bağlı məlumatlılığın artırılması yolu ilə nail olunur. Bu kontekstdə birgə cəhdlər və əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Mən əminəm ki, bu konfrans fəlakət riskinin azaldılması siyasəti üzrə gələcək strategiyalarının müəyyən edilməsi üçün çərçivə yaratmaq istiqamətində İqtisadi Əməkdaşlıq Təşkilata üzv dövlətlər, beynəlxalq və hökumətlərarası təşkilatlar arasında fikir və təcrübə mübadiləsinə mükəmməl platforma yaradacaq" /APA/.

Tarix
2014.06.04 / 11:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla