Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2017


Biz azadlığı qəlbimizdə itirmişik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vahe Avetiyan Ermənistan ordusunda xidmət edib, "Azadlıq Ordusu" qurub, Qarabağda azərbaycanlılara qarşı vuruşub, Qarabağın erməni torpağı olduğu illüziyasına inanıb. Ancaq 1992-ci ildən Ermənistandan mühacirət etmək məcburiyyətində qalıb.

Öz ölkəsindən kənarda yaşasa da, heç vaxt Qarabağ konfliktindən və Qafqazdan özünü uzaq hesab etmir. Yazılarının demək olar ki, hamısı məhz bu regionla bağlıdır. O, həmçinin Qarabağ müharibəsində olan bütün reallıqlar haqqında danışan tək-tük adamlardandır.

Beləliklə, hazırda Stokholmda yaşayan Vahe Ahanyanla müsahibəni təqdim edirik.

Görüş qərarını Kreml verir

- Cənab Avetiyan, prezidentlərin görüşündən müsbət qərar gözləyirdinizmi?

- Bizim prezidentlərin görüşü Kremlin təyinatıdır və qərarları da o verir. Siz Kremlin azərbaycanlılar və ermənilər üçün nə isə müsbət qərar verdiyini xatırlaya bilərsinizmi? Görüşə gəlincə isə nəzəri olaraq nə isə gözləmək mümkün idi. Amma yenə deyirəm, yalnız nəzəri. Mənim cavabım yox idi.

Baş redaktor satqın və köpəkdir

- "Aykakan Jamanax" qəzeti Rusiyanın Gümrüdəki bazalarını genişləndircəyini yazır. Daha sonra onlar bildirirlər ki, bir müddət sonra məhz buna görə Gümrü qapalı şəhər olacaq. Sizcə, bu, Ermənistana necə təsir edəcək?

- "Aykakan Jamanax" qəzeti KQB-nin əlaltı vasitələrindən biri, oliqarx tərəfindən maliyyələşdirilən, müntəzəm olaraq müxalifətin sözünü nəzarət altında saxlayan mətbuat orqanıdır. Bu qəzetin baş redaktoru satqındır, xidmətlərinə qarşılıq rüşvət kimi hazırda parlamentdə oturur. O, saxta adlandırdığı seçkilərin hesabına indi vergi ödəyicilərinin çörəyini yeyir. Bu qəzetin yazdığı hər şey yalandır. İcazəniz olsaydı, mən heç bunu şərh etmək istəməzdim. O, erməni hakimiyyətini tənqid edə-edə bir tərəfdən də rus silahının məğlubedilməzliyini təbliğ edən köpəkdir.

- Sizcə, konflikti necə həll etmək olur? Bunun həlli əsasən, kimdən asılıdır?

- Bizdən - sadə vətəndaşlardan. Səndən və məndən. Biz indi sakitcə söhbət edirik. Təsəvvür edin ki, 1000 adam belə danışır. Sonra milyonlarla insan sadəcə sülh şəraitində yaşayır. Belə, çox sadə.

Rusiya erməni silahını Azərbaycana çevirdi

- Siz əvvəllər orduda xidmət eləmisiniz, 1988-1992-ci illərdə. Maraqlıdır, niyə birdən-birə ordudan getdiniz?

- Mən orduda xidmət eləməmişəm. Mən onu özüm yaratmışam. Elə bil xeyirxah əsgər öz qardaş-bacıları ilə Ermənistanın azadlığı üçün Sovet İttifaqına qarşı savaşırlar. Bu belə də adlanırdı – Azadlıq Ordusu. Getməyə səbəblərim çox oldu. Səbəblərdən biri odur ki, mən heç vaxt fikirləşmirdim ki, iki il müddətində mübarizə apardığım Sovet imperiyası bir azdan bizim dostumuz olub, silahı, müharibəni Azərbaycana tərəf çevirəcək. Mən Qarabağ hərəkatındakı çekistlərdən olmamışam. Mənim müəllimlərim onillərini Sovet həbsxanalarında keçiriblər, Azərbaycanda yox. Mən Arkyanın tələbəsi idim. O, demokratik Azərbaycanı Sovet İttifaqı üçün partnyor hesab edirdi, düşmən yox. Məhz buna görə Qorbaçov onu ölkədən deportasiya elədi. O, hamının planlarını dəyişdi. O, sülh, insan haqları haqqında fikirləşirdi, lakin mənim soydaşlarım ancaq kabab və qovurma anlayırdılar.

Qarabağda vuruşduğuma peşman deyiləm

- Qarabağda vuruşduğunuz üçün peşmansınızmı?

- Xeyr. Mən cəza əmaliyyatlarında iştirak etməmişəm, əsirləri zəhərləməmişəm, şərəfi ayaqlar altına atmamışam. Bunların heç birinə şahidlik etməmişəm, susmuşam. Mənim vicdanım ləkəli deyil. Bundan əlavə, mən axmaq gənc idim. Daim öz böyüklərinə inam ruhunda tərbiyə edilmiş gənc. Əgər gəncləri ölümə o yaşlılar aldadıb aparıblarsa, qoy onlar öz qəlbləri haqqında düşünsünlər.

Serj Sarkisyan – aşağı rütbəli çekist

- Serj Sərkisyanı necə xarakterizə edirsiniz?

- Yerli, aşağı rütbəli çekist.

- Bayaq Rusiya faktını qabartdınız. Rusiya, yoxsa ABŞ?! Bunlardan hansı Qarabağ problemi həll edə bilər?

Vuruşduğumuz yetər!

- Rusiya və ABŞ heç öz problemlərini həll edə bilmirlər. Əgər özlərində olanı həll edə bilmirlərsə, haradasa, nəyisə necə həll edə bilərlər? Artıq tarix tərəfindən sınanıb ki, onlarda hələlik yalnız sıyıq düzəltmək alınır. Onlar heç harda, heç nəyi həll etməyiblər. Həll etdikləri yalnız bir şey olub: görəsən, yerliləri qul edək, yoxsa yox. Əziz qonşularım, bir az öz ambisiyalarımızı aradan qaldırmaq lazımdır. Biz azad olsaq, bir-birimizə bu məsələdə kömək edə bilərik. Artıq vuruşmağımız kifayətdir.

- Təsəvvür edək ki, Rusiya yoxdur, artıq Ermənistan müstəqil siyasət yürüdür. Necə fikirləşirsiniz, hökumət başında oturan adamlar problemi həll edə bilərmi?

- Yox, onlar məhkəməyə gedər. Sonra malları əllərindən alınaraq dövlət büdcəsinə verilər. Daha sonra isə ən əzazilləri əmək koloniyalarına göndərilər. Sonra isə sizinlə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalananda müharibədən əziyyət çəkənlər üçün azərbaycanlılarla birgə xüsusi zonalar yaradılar. Biz orada insan haqları, demokratiya haqqında kurslar təşkil edərik. Onların uzun müddət məşğuliyyəti olar...

- Kimin söylədiyi yadımda deyil, amma bir söz var ki, Ermənistan azadlıq arzuları Qarabağ zirzəmisində batıb. Bu fikirlə razılaşırsınızmı?

- Xeyir. Biz azadlığı qəlbimizdə itirmişik.

Kimsənin özü istəmədən xilası yoxdur

- Gəlin təssəvvür edək ki, 1991-ci ildə Şuşada bir erməni anadan olub. Hazırda 22 yaşı var. O fikirləşir ki, Qarabağ həmişə müstəqil olub. Ona görə azərbaycanlılar sonradan buralara gələrək torpaqları işğal ediblər və ataları sonra mübarizə aparıb Qarabağı azad edib. Maraqlıdır, görəsən, o nə vaxtsa yanıldığını etiraf edə bilərmi?

- Əgər rəis boyunlarının arxasında piy qatı bağlayıbsa, xalqın cibində isə siçanlar oynayırsa, o zaman camaat özünü aldadılmış hiss edir. İnsan özünü siyasətin ucbatından aldadılmış hesab etmir. O, daha yaxşı başa düşdüyü şeylərdən ötrü, sosial ədalətsizliklərə görə özünü aldadılmış sayır. Siyasət elmi botanika və kvant fizikasına bənzəyir. Amma heyf ki, birinci halda beynini sarı mətbuatla yuyan istənilən şəxs özünü siyasətçi hesab edir.

- Bəs bu insanı necə xilas etmək olar?

- Əgər özü istəməsə, heç kim onu xilas edə bilməz. Təhsil və dərin analiz. Bax bu iki şey insanın sadiq xilaskarıdır.

Bizim yalnız bir düşmənimiz var

- Cənab Avetiyan, bu konfliktin gələcəyi barədə nə fikirləşirsiniz?

- Hər şeyi düşünmək olar. Biz öz kollektiv xəstəliyimizi adlaya bilməyib, təzədən Sovet İttifaqının tərkibinə vəhşi qafqazlılar kimi qayıda bilərik. Yaxud da tamam əksi ola bilər. Bir-birimizə nəhayət deyə bilərik ki, bizim yalnız bir düşmənimiz var və yalnız uzunqulaq belə düşmənə sahib ola-ola qonşusu ilə dalaşar.

Tarix
2013.11.21 / 11:52
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

Məşhur astroloqdan 2018-ci il üçün dəhşətli proqnozlar

Heydər Əliyev bunun əsasını qoyub - Korea Post

Səfir: Azərbaycan Qazaxıstanın əsas tərəfdaşıdır

Azərbaycan üçün əsas prioritet... - Çexiya mediası

“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...

Mərkəzi Bank hərrac keçirdi

İƏT Zirvəsinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirildi

İlham Əliyev Kenyattaya məktub göndərdi

ABŞ bu qərara yenidən baxmalıdır – İlham Əliyev

Ərdoğanın Qüds mövqeyində hansı təzad var? – Ekspert

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla