Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2018


Əsgərlərimiz erməni polkovnikini necə öldürüb – Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun zabiti, podpolkovnik (polkovnik-leytenant) Qarik Balayanın zərərsizləşdirilməsi əməliyyatının təfərrüatları məlum olub.

Erməni ordu korpusunun kəşfiyyat rəisi ilə birlikdə onun sürücüsü də məhv edilib, lakin həmin fakt ermənilər tərəfindən mediadan gizlədilib.

Mənbənin məlumatına görə, Q. Balayan qoşunların təmas xəttindən xeyli uzaqda məhv edilib.

Erməni kəşfiyyat-diversiya qruplarının ərazidə əməliyyat keçirmək planından xəbər tutan Azərbaycan tərəfi qabaqlayıcı tədbir həyata keçirib. Bu zaman əməliyyata bilavasitə rəhbərlik edən podpolkovnik Q. Balayan ön xəttə gələrkən Azərbaycan əsgərlərinin atəşi altına düşüb. Nəticədə Q. Balayan və sürücüsü öldürülüb. Zabitin əynində olan qoruyucu zireh də onu xilas edə bilməyib.

Ümumilikdə Füzuli istiqamətində mayın 20-dən intensiv xarakter almış döyüşlərdə ermənilərin çox sayda itki verdiyini deyən mənbə əldə edilmiş radiokəşfiyyat məlumatlarında da bunun əksini tapdığını bildirib.

Mənbənin məlumatına görə, cəbhədə yaralanmış erməni hərbçilər Xocavənd, Əsgəran və Xankəndi hərbi hospitallarına yerləşdirilib.

"Əldə olunan məlumata görə, təkcə Əsgərandakı hospitala 10-dan artıq yaralı yerləşdirilib. Bunlar əsasən Qarabağdan olan hərbçilərdir. Ermənistandan olan yaralı hərbçilər isə İrəvan və Gorusdakı hospitallara yerləşdiriliblər", - deyə mənbə bildirib /APA/.

Tarix
2014.06.04 / 15:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya və İranın məkrli gedişi: Türkiyə təkləndi, amma…

ABŞ İrəvanın əl-qolunu bağlayır: Bakı üçün mühüm şans

Döyüşlər şiddətləndi: Putinin Ərdoğandan xahişi... – Şərh

Rus senator: İraqda yetim qalan 15 azərbaycanlı uşaq...

Bakının 9 rayonunda bu binalarla bağlı tələb dəyişdi

Ziyafət Əsgərov seçkilərlə bağlı Piterə getdi - Foto

Bu ölkə deputatlarından Qarabağla bağlı - Bəyanat

Modellərin rəqabəti: xilas yolu görünmür - Foto

Prezident ona “Şöhrət” ordeni verdi

Türkiyədən Gürcüstana şad xəbər: Kvota ləğv edildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla