Yuxarı

Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bodrumda Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sədrlik etdiyi toplantıya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov və Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev qatılıblar.

Ə. Davudoğlu çıxışında bildirib ki, Türk Şurası qardaşlıq bağları üzərində qurulub: "İkinci vətəniniz olan Türkiyəyə xoş gəlmisiniz. Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısını keçiririk. Builki zirvənin əsas mövzusu turizmdir. Turizmə göstərdiyimiz diqqət yalnız iqtisadi məsələ ilə əlaqədar deyil. Biz turizmi eyni dili danışan, mədəniyyəti, adət-ənənələri eyni olan ölkələrimizin daha yaxınlaşması baxımından bir vasitə hesab edirik. Əsrlər boyu "İpək Yolu"nun bir parçası olmuşuq. Bəşəriyyət və xalqlar arasında əlaqələrin yaranması və inkişafında "İpək Yolu"nun böyük rolu olub".

Ə. Davudoğlu müxtəlif dövlətləri olsa da, türk dilində danışanların eyni millət olduğunu vurğulayıb: "Bizim birliklərimiz heç bir bloka, heç bir millətə qarşı deyil, rəqabət məqsədi daşımır, əksinə əsrlərlə bir yerdə yaşamış xalqlarımızın tale birliyidir".

Sonra toplantı qapalı davam etdirilib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı sabah keçiriləcək. /APA/

Tarix
2014.06.04 / 20:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla