Yuxarı

Doroxinin bəyanatının pərdəarxası – Millət vəkilləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkillərimiz Vladimir Doroxinin rus gəncləri Azərbaycanın ictimai, siyasi və biznes həyatında fəallığa səsləyən bəyanatla çıxış etməsinə münasibət bildirib.

Axar.az-a danışan millət vəkili İqbal Ağazadə bu bəyanatın Avrasiya İttifaqının yaranması ilə bir vaxta təsadüf etməsini rus dillilərin Rusiya vətəndaşlığına asanlıqla qəbul olunacağı ilə əlaqələndirib:

"Səfir bu məsələdə öz ölkəsinin maraqlarını müdafiə edir. Dövlət idarələrində və strukturlarında daha çox onlara yaxın olan adamların iştirak etməsi Rusiyanın xeyirinədir. Bu baxımdan gələcəkdə öz planlarını daha rahat həyata keçirə bilərlər. Həmçinin rusdilli gənclərin aktivliyi münasibətlər sistemində üstünlük yarada bilər. Səfirin bu çıxışı ənənəvi yanaşmadır. Çünki biz də post-sovet ölkələrində yaşayan əməkdaşlarımızın bu ölkələrin idarə strukturlarında iştirakını çox arzu edirik. Bu çağırışın Avrasiya İttifaqının yaranması ilə eyni vaxta təsadüf etməsi düşünürəm ki, rus dillilərin Rusiya vətəndaşlığına asanlıqla qəbul olunması ilə bağlı ola bilər və hesab edirəm ki, bu, mənfi tendensiyadır".

Millət vəkili Fazil Mustafa isə səfirin bəyanatında hər hansı bir başqa niyyətin olmadığını deyir:

"Təbii ki, hər hansı gizli bir məqamlar ola bilər, amma səfir dövlət adamıdır və güman etmirəm ki, başqa niyyətlə belə bir açıqlama versin. Xüsusi bir təhlükə görmürəm. Azərbaycan dövləti güclüdür və ola bilsin sabah da Amerika səfirliyi ingilisdilli gəncləri aktiv iştiraka səsləyən bəyanatla çıxış edəcək. Bu o demək deyil ki, Azərbaycan dövlətinə qarşı hər hansı bir çağırışdır. Çox güman ki, səfir gənclərin aktiv olmasını istəyir. Həmçinin, biz də gənclərini aktiv fəaliyyət göstərməsini təbliğ edirik".

Xatırladaq ki, ötən gün rus icması ilə görüşdə səfir Vladimir Doroxin Azərbaycanda yaşayan rusdilli gənclərin ölkənin elm, biznes və dövlət strukturlarında mühüm postları tutmasının çox vacib olduğunu bildirən bəyanatla çıxış edib.

Tarix
2014.06.04 / 23:00
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla