Yuxarı

Ukraynadan terrorçulara sərt xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan Ukraynaya keçən separatçılar maşınları ilə birlikdə qırıcılar tərəfindən məhv ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko "Dojd" kanalına verdiyi müsahibəsində deyib.

Qeraşenko bildirib ki, silahlı separatçılar Rusiya sərhədini rahat şəkildə keçir və rus sərhədçiləri onların saxlanılması istiqamətində heç bir iş görmürlər.

"Rusiya Federal Təhlükəsizlik Xidməti onları saxlamır. Buna nə ad vermək olar? Mən hesab edirəm ki, Rusiya terrorizmin sponsorudur. Hər şeyi öz adı ilə çağırmaq lazımdır", - deyə Qeraşenko bildirib.

O, bildirib ki, Ukrayna öz dövlət sərhədlərinin gücləndirilməsilə məşğuldur: "Biz Rusiyanı özümüzə qardaş hesab edərək 23 il yaşamışıq. Ölkəmizə qan və nifrət toxumu əkmək istəyən terrorçuların göndəriləcəyini gözləmirdik. Bildirmək istəyirəm ki, əgər onlar Ukrayna sərhədlərini keçsələr, maşınları ilə birlikdə məhv ediləcəklər".

Tarix
2014.06.05 / 10:51
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla