Yuxarı

Türkdilli Dövlətlərin zirvə toplantısı başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bodrum (Türkiyə) şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı işə başlayıb.

Toplantıda Türkiyə prezidenti Abdullah Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov, eləcə də adı çəkilən ölkələrin xarici işlər, mədəniyyət və turizm nazirləri iştirak edirlər.

Sammiti açıq elan edən Türkiyə prezidenti Abdullah Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının zərurətdən doğduğunu bildirib: "Aramızdakı əlaqələr bu qədər güclü olduğundan, işbirliyimizi ikitərəfli səviyyədə saxlaya bilməzdik. 2009-cu ildən bəri keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısı türk xalqları arasında birlik və bərabərliyin simvoluna çevrilib. Məqsədimiz digər regional işbirliyi mexanizmlərini dəstəkləyəcək regional ortaqlıq qurmaqdır".

Toplantıda xalqlara faydalı olan bütün məsələləri əhatə edəcəklərini deyən Türkiyə prezidenti builki sammitin mövzusunun turizm olduğunu vurğulayıb /APA/.

Tarix
2014.06.05 / 13:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla