Yuxarı

“General təqaüddə oturmaqla canını qurtara bilməyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Generalın bu şəkildə savadsızlığı adamı heyrətə gətirir".

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov general-mayor Mahmud Həmzəyevin Publika.az-a verdiyi son müsahibəni şərh edərkən deyib.

O, Mahmud Həmzəyevin verdiyi müsahibə ilə öz nüfuzunu zədələdiyini bildirib:

"Mən ümumiyyətlə düşünürəm ki, bəzi şəxslər general rütbəsi daşıdıqları üçün danışıqlarına, oturuş-duruşlarına fikir verməlidir. Qarşıdan Silahlı Qüvvələr günü gəlir. Çox istərdim ki, yeni general rütbəsinə təqdim olunan şəxslərin siyahısına bir daha baxılsın. Jurnalist ondan Şahin Sultanovu soruşur. Mahmud Həmzəyev isə deyir ki, o hara, mən hara. Axı, bu nə deməkdir? İkisi də Müdafiə Nazirliyində xidmət keçib. Generalın bu şəkildə savadsızlığı adamı heyrətə gətirir. Ona görə də məsləhət görərdim ki, az danışsınlar".

Hərbi ekspert Mahmud Həmzəyevin qanun qarşısında cavab verməsinin mütləq olduğunu söyləyib:

"Bu adam vaxtilə etdiyi əməllərə görə mütləq mənada cavab verməlidir. Əgər o fikirləşirsə ki, təqaüddə oturmaqla canını qurtaracaq, o zaman yanılır. Gec-tez Mahmud Həmzəyevə qarşı müəyyən suallar yaranacaq. Bu suallara da o cavab verəcək. Mahmud Həmzəyevlə bağlı o qədər məsələ var ki, əgər bunlar araşdırılsa, tezliklə o da istintaqa cəlb olunacaq".

Qeyd edək ki, general Mahmud Həmzəyev bu gün "Publika.az" saytına verdiyi müsahibəsində onun həbsi haqqında xəbər yazan və yayan şəxsləri təhqir edib. Jurnalistin cəbhə xəttindəki vəziyyətlə bağlı verdiyi suala isə general "mənim heç nədən xəbərim yoxdur. Heç bununla maraqlanmıram da" cavabını verib.

Onu da xatırladaq ki, Mahmud Həmzəyev ordudan təxris olunana qədər Beyləqan hərbi birləşməsinin rəhbəri olub. O 2009-cu ildə SQ-dən təxris olunaraq təqaüdə göndərilib.

Tarix
2014.06.06 / 22:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla