Yuxarı

Təbrizin icra başçısı: “Biz istəyirik ki, Azərbaycana...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda səfərdə olan azərbaycanlı jurnalistlər Təbrizin icra başçısı Rəhim Şöhrətifərlə görüşüblər.

APA-nın Təbrizə ezam olunmuş əməkdaşının xəbərinə görə, R.Şöhrətifər qeyd edib ki, hər iki dövlətin tarixi bağlılığı var. O, Təbrizin 2018-ci ildə "İslam ölkələrinin turizm paytaxtı" elan olunduğunu xatırladaraq 2019-cu ildə bu adın Bakıya veriləcəyini söyləyib: “Bu, təsadüfi deyil. Çünki bizim tariximizin, mədəniyyətimizin və əhalimizin qonaqpərvərliyi hər iki şəhərə bu adın verilməsinə imkan verib”.

R. Şöhrətifər deyib ki, İrandan Azərbaycana çoxlu sayda turist səfər edir: "Biz çalışmalıyıq ki, bu ittifaqı genişləndirək və Azərbaycandan da İrana gələn çox olsun. Biz istəyirik ki, Azərbaycan hökuməti İrandan gələnlərdən viza almasın, bununla da Təbrizdən Azərbaycana çoxlu sayda turist getsin. Təbriz tarixi cəhətdən İranın ən böyük şəhəridir. Təbrizin tarixi və görməli yerləri çoxdur. Jurnalistlər də çalışmalıdır ki, bu yerlərlə tanış olub, bunları Azərbaycan ictimaiyyətinə, azərbaycanlı turistlərə çatdırsınlar”.

Qeyd edək ki, Təbriz bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistləri Təbriz şəhərində səfərdədir. Səfər avqustun 30-dan sentyabrın 2-dək davam edəcək.

Tarix
2017.09.01 / 12:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla