Yuxarı

Penitensiar Xidmətin mətbuat xidməti özünü rüsvay etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siyasi Məhburslarsız Azərbaycan" İctimai Təşkilatının yaydığı və cəzaçəkmə müəssisəsində dözülməz şəraitin olması ilə bağlı məhbuslar adından Prezident İlham Əliyevə ünvanlandığı bildirilən məktuba Penitensiar Xidmətdən qəribə cavab verilib.

Penitensiar Xidmətin mətbuat xidmətindən Axar.az-a bildirdilər ki, bu barədə mediaya açıqlama veriblər və biz o açıqlamadan istifadə edə bilərik.

Beləliklə, biz də həmin məlumatdan istifadə edirik: Penitensiar Xidmətin Modern.az-a açıqlamasında bildirilir ki, "Özünü "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Birliyi adlandıran ictiami qurum heç bir qeydiyyatdan keçməyib. Vaxtaşırı DÜZGÜN, ƏSASSIZ OLMAYAN məlumatlarla məhkumların adından çıxış ediblər".

Bu ifadədən belə məlum olur ki, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Birliyinin açıqlamaları vaxtaşırı olur və həmişə də "düzgün", "əsassız olmayan" (yəni əsaslı) məlumat yayırlar.

Penitensiar Xidmətdən verilən növbəti cümlədə isə yalnız indiki açıqlamanın "anonim cəfəngiyyat" olduğu söylənilir: "İlkin araşdırmaya görə, adları göstərilən iki nəfər ümumiyyətlə cəzaçəkmə yerində olmayıb. Ona görə də bildiririk ki, bu, anonim cəfəngiyatdan ibarət bir müraciətdir. Belə hallara dəfələrlə cavab verilib".

Sual da burdan yaranır ki, həmişə əsaslı, düzgün məlumat yayan birlik indi görəsən niyə qeyri-dəqiqlik edib?

Xatırladaq ki, adı çəkilən alyansın yaydığı məlumatda iyunun 6-da 12 saylı cəzaçəkmə müəssisəsində saxlanan bir qrup məhbus adından prezident İlham Əliyev başda olmaqla, bir sıra vəzifəli şəxslərə müraciət göndərdiyi qeyd edilib.

Müraciətdə cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədova, onun müavini Qaçay Aslanova və başqalarına ciddi ittihamlar irəli sürülür. Məhbuslar bildirirlər ki, dustaqxanada korrupsiya, özbaşınalıq, işgəncə, narkotik maddə satışı baş alıb gedir. İmkanlı məhbuslara əlavə şərait yaradılıb, imkansızlarsa alçaldılır.

Amma Pentensiar xidmətin rəsmisi Yaşar İsakov bildirib ki, dünən yayılan müraciətdən sonra siyahıda adları olan məhkumların xidmət rəhbərliyinə müraciəti daxil olub.

"Müraciət Orucov Arzu, Baxşıyev Tofiq , Cabbarov tərəfindən olub. Onlar qəti şəkildə bildirirlər ki, belə bir müraciət etməyiblər. Hətta orada adı qeyd olunan məhkum Əliyev Tərlan ümumiyyətlə cəzaçəkmə müəssisəsində yoxdur. Məhkumlar xidmət rəhbərliyinə müraciət ediblər ki, "bizim və məhkum yoldaşlarımızın adından internet saytlarda dərc olunmuş yazılı müraciətin kim tərəfindən yazıldığını aydınlaşdırmaqdan ötrü köməklik göstərəsiniz"".

Yaşar İsakov həmçinin vərəmli xəstələr məsələsinə də aydınlıq gətirib: "Orada göstərilir ki, müəssisədə 700 vərəmli məhkum var. Vərəmə qarşı mübarizədə Azərbaycan təcrübəsi bu gün dünyada bir modeldir. Bunu biz demirik. Beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi mövqeyidir. Bütün bunlar tam absurddur. Bu rəqəmdən görünür ki, müraciətdə yazılanlar başdan-ayağa cəfəngiyatdır".

Tarix
2014.06.07 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla