Yuxarı

Zakir Həsənov Moskvada nazirlərlə görüş keçirib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qəbələ radiolokasiya stansiyasını (RLS) Azərbaycana təhvil verməsi ilə bağlı bütün cari məsələlər praktiki olaraq həll edilib. "Axar.az"ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvada MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının 65-ci iclası çərçivəsində rusiyalı həmkarı Sergey Şoyqu ilə keçirdiyi ikitərəfli görüşdə deyib.

Z.Həsənov bildirib: "Qəbələ RLS-in praktiki olaraq təhvil verilməsindən xəbərdaram. Məndə olan məlumata görə, orada problem yoxdur. Bütün cari məsələlər həll edilir və ya demək olar ki, həll edilib".

Nazir əminliyini bildirib ki, iki ölkənin Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlığın digər məsələləri də bu gün həll ediləcək: "İki ölkə arasında tarixən qurulmuş əlaqələr davam və inkişaf edir".
S.Şoyqu isə azərbaycanlı həmkarını müdafiə naziri təyin edilməsi münasibətilə təbrik edərək milli hərbi qüvvələrin möhkəmləndirilməsində və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında uğurlar arzulayıb: "Bu, istənilən dövlətdə, xüsusən də Azərbaycan kimi ölkədə məsuliyyətli vəzifədir".

Qeyd edək ki, görüşün yekunu olaraq Azərbaycan və Rusiyanın müdafiə nazirlikləri arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Tarix
2013.11.21 / 14:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla