Yuxarı

Suriyada döyüşən vəhabilər Azərbaycanı hədələdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə yayılmış məlumatlarda Suriyada döyüşən və Azərbaycandan olan vəhabilər şəxsiyyətlərini təsdiq edən sənədləri kütləvi şəkildə cırıblar və bunu Yəhya əl-Azəri adlı şəxsin profilində nümayiş etdiriblər. Məlumatı sosial şəbəkəyə istinadla Jam.az saytı yayımlayıb.

Cırılmış şəxsiyyət vəsiqələri və pasportların altında şərh də yazılıb: "Allaha həmd olsun. Tağutun safını təsdiqləyən sənədləri belə cırdıq".

Xatırladaq ki, Yəhya əl-Azəri adlı şəxsin Suriyada döyüşən azərbaycanlı vəhabilərin komandiri olduğu bildirilir. Onun bir neçə dəfə ölüm xəbəri yayılsa da, yalan çıxıb. Ehtimal edilirdi ki, ölüm şayiəsini yaymaqla vəhabilər Yəhya əl-Azərini qorumaq məqsədi güdüblər.

Lakin bir müddət öncə onun həqiqətən döyüşlərin birində öldüyü foto və videolarla təsdiqləndi. Hazırda isə onun profilini həyat yoldaşının istifadə etdiyi ehtimal olunur. Çünki yazılan statusların bir çoxunda "ərim öldükdən sonra" sözlərinə rast gəlinir.

Vəhabilərin bu hərəkəti Azərbaycana təhdid kimi dəyərləndirilir. Xatırladaq ki, vəhabilər şiələrin canını, malını və namusunu özlərinə halal sayır. Azərbaycan əhalisinin böyük əksəriyyəti isə şiələrdən ibarətdir.

Tarix
2014.06.09 / 00:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla