Yuxarı

İntiqam Əliyev DİN-ə qalib gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürk Hava Limanında mübahisə etdiyi polisə "oğlan" dediyi üçün saxlanılan vəkil İntiqam Əliyev hüquqi mübarizədə qalib gəlib. Belə ki, Türkiyə Daxili İşlər nazirliyi 2 min 829 manat mənəvi və 226 manat da maddi təzminata məhkum edilib.

Bu barədə Türkiyənin radikal.com.tr saytı xəbər verib. Saytda bu barədə belə yazılıb: "Azəri insan hüquqları müdafiəçisi vəkil İntiqam Əliyevlə Atatürk Hava Limanında sənədlərin yoxlanılması zamanı bir polis məmuru arasında bəsit mübahisə baş vermişdi. Mübahisəyə səbəb isə İntiqam bəyin polisə "oğlan" deməsi olub. Sonradan Əliyevin "oğlan"ın azəricə "adam" mənasını verdiyini deməsi də polislə arasında mübahisəni sakitləşdirməyib".

Məhkəmə Türkiyə Daxili İşlər Nazirliyinin haqsız yerə tutulan, kamerasız bir otaqda 3 dəqiqə 38 saniyə döyülən, deportasiya edilərək 1 il Türkiyəyə girişi yasaq edilən Əliyevə 7 min 500 lirə (2 min 829 manat – red) və 600 lirə (226 manat – red) maddi təzminat ödəməsinə qərar verib.

Xatırladaq ki, hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev 2011-ci il 7 dekabr tarixdə İstanbul Hava Limanında polislər tərəfindən hücuma məruz qalmışdı. Bundan sonra vəkil Əliyev Türkiyə Daxili İşlər Nazirliyindən İstanbul Məhkəməsinə şikayət etmişdi.

Publika.az

Tarix
2014.06.09 / 15:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla