Yuxarı

İngiltərədəki səfirimiz Londonla vidalaşır... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov diaspor nümayəndələrimizin Londondakı Azərbaycan Evində təşkil etdikləri vida mərasiminə qatılıb.

Bu barədə Axar.az-a Azərbaycan Evinin əməkdaşı, həmkarımız Vüsal Həmzəyev məlumat verib. Onun sözlərinə görə, vida mərasimi səfirin şərəfinə keçirilib və onun fövqəaldə və səlahiyyətli səfir kimi fəaliyyət dönəminin başa çatması ilə bağlıdır. Görüşdə Londonda yaşayan və çalışan azərbaycanlılar, qadın təşkilatının üzvləri iştirak edib.

Xatırladaq ki, bir müddət əvvəl səfir F.Qurbanov Axar.az-a müsahibəsində Azərbaycan üçün çox darıxdığını vurğulamışdı:

"Azərbaycan üçün burnumun ucu göynəyir. Orada yaşlı anam, bacım, qardaşım, qohum-əqrəbalarım və dostlarım var. Azərbaycanda olanda ölkənin hər bir bölgəsinə gedirəm. Cənuba, şimal-qərbə… Azərbaycanın təbiətinə vurğunam. Bir çox ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə hələ də tam təbiiliyini qoruyub-saxlamış yerlər var".

F.Qurbanovun xələfinin kim olacağı və onun ölkəyə nə vaxt dönəcəyi ilə bağlı məlumat yoxdur.

Tarix
2014.06.09 / 22:00
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla