Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Avqust 2018


Çexiya ermənilərindən Azərbaycana qarşı təxribat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyada yaşayan ermənilər iyunun 9-da Praqada "Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" mövzusunda keçirilən beynəlxalq konfransa qarşı təxribat törətməyə cəhd ediblər. Lakin bu cəhdin qarşısı alınıb.

Bu barədə konfransın təşkilatçılarından biri, Karl Universiteti Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri Miloş Balaban məlumat verib.

O bildirib ki, tədbirin keçirilməsinə bir neçə gün qalmış konfransın işinin pozulması üçün müxtəlif təxribatlarla üzləşiblər. Çexiyada fəaliyyət göstərən erməni diasporunun nümayəndələri konfransın işini pozmaq üçün əvvəlcə Universitet rəbərliyinə etiraz ediblər. Sonra isə təşkilatçıları belə bir addım atmaqdan çəkinməyə çağırıblar. Sonuncu gün isə tədbirin keçiriləcəyi konfrans zalına erməni tərəfinin fikirlərini çatdırmaq üçün mütəxəssislərin gələcəyi və bu məqsədlə onlara da icazə verilməsi istənilib: "Biz bu təklifin açıq provakasiya olduğunu anladıq və Universitetdə tərəflər arasında insident yaşanmaması üçün tədbirin keçirilmə yerini dəyişdik. Bu səbəbdən mətbuata, digər həmkarlarımıza, QHT təmsilçilərinə geniş dəvət göndərməkdən çəkindik. Buna baxmayaraq, uğurlu konfrans alındı. Bu sahənin bilicisi olan 70-dən çox mütəxəssisin Konfransın işində fəal iştirak etməsi dediyimizə sübutdur. Baxmayaraq ki, bizə qarşı hədə və təhdidlər davam edir, biz öz işimizi sona çatdırmağımıza sevinirik".

Qeyd edək ki, iyunun 9-da Praqada Şərqi Avropanın ən tanınmış və qədim universitetlərindən biri olan Karl Universitetində "Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində reallaşan konfransda Çexiyanın Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirliklərinin yüksək çinli əməkdaşları, Karl, Metropoliten və digər universitetlərin professor, doktorant və magistirləri, QHT və media təmsilçiləri iştirak ediblər /Trend/.

Tarix
2014.06.10 / 10:11
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İran Ermənistana bu yardımı dayandırsa... - Millət vəkili

İlham Əliyevdən dost ölkəyə: İnkişaf edəcək

Prezidentdən BMT-yə məktub: Məni kədərləndirdi

İlham Əliyevdən Ərdoğana: Sizə olan sonsuz inam və etimad...

Bakı bu tarixi sənəddə çox fəal rol oynadı - Deputat

İlham Əliyev sərəncam imzaladı

Xəzər Konvensiyası: Hansı hissələr Azərbaycana məxsusdur?

Bu anlaşmanın əhəmiyyəti müqayisəedilməzdir - Deputat

Konvensiya imzalandı: Xəzərin çirklənməsinə qarşı nə ediləcək?

Komandir müavinləri və hərbi psixoloqlarla seminar - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla