Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Avqust 2018


Ermənistandan Naxçıvana hücumla bağlı - Şok etiraf

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Azərbaycan tərəfinə PK-dan təxminən 400 güllə atdıq".

Axar.az xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb.

Mətbuat iyunun 5-də iki nəfər erməni əsgərinin öldüyü postdakı şahidlərin açıqlamalarını yayıb. Hadisə şahidləri atəşkəsin erməni ordusu tərəfindən pozulduğunu dilə gətiriblər:

"Biz öz postumuzdan 300-500 metr məsafədə Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan müşahidə avtomobillərini gördük. Avtomobilə təxminən 6-7 nəfər snayper əyləşdi. Ardınca isə biz PK-dan (Pulemyot Kalaşnikov) atəş açdıq. Avtomobilə doğru təxminən 400 güllə atdıq. Əsgərlər avtomobildən çıxdılar. Biz 3 nəfərin çıxaraq qamışlıqda gizləndiyini gördük. Qalanlarından xəbərimiz yoxdur".

Qeyd edək ki, iyunun 5-də Ermənistan ordusunun iki əsgəri Naxçıvan istiqamətində Azərbaycan Ordusunun snayperlərinin gülləsinə tuş gələrək ölmüşdülər. Bundan üç gün öncə isə Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan SQ-nin əsgəri Zaur Həsənli şəhid olmuşdu.

Onu da xatırladaq ki, 5 iyun hadisəsindən dərhal sonra Ermənistanın Müdafiə naziri Seyran Ohanyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşiki nazirliyə dəvət edərək, Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmışdı.

Tarix
2014.06.10 / 10:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Xəzəryanı ölkələrin zirvə görüşü alman mediasında

Lavrov Xəzər sammitini "tam rekord" adlandırdı

Bakıdan Türkiyəyə dəstək: dollarlar belə yandırıldı - Video

Dünya nizamı: liberalizmin iflası, yoxsa idarəolunan xaos?

Konvensiya tezliklə ratifikasiya olunacaq - Xələf Xələfov

İlham Əliyev İtaliya prezidentinə məktub göndərdi

İlham Əliyev sərəncam imzaladı

BMT baş katibindən Xəzər Konvensiyasına – Reaksiya

Xəzər Konvensiyası: Bakı üçün hansı imkanlar açıldı?

Xəzərlə bağlı Konvensiya böyük qazanc vəd edir - Ekspert

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla