Yuxarı

MN “Naxçıvan hücumu”na aydınlıq gətirdi – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan tərəfi həmişə olduğu kimi, öz bəd əməllərini gizlətmək məqsədilə yenə də beynəlxalq təşkilatlara guya ki, zərərçəkmiş qismində müraciət edir".

Bu sözlər Axar.az-ın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə Ermənistanın son günlər Naxçıvan istiqamətində fəallıq göstərməsilə əlaqədar göndərdiyi sorğuya verilən cavabda yer alıb:

"Ermənistanın Müdafiə nazirinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşündə onun səlahiyyətləri çərçivəsində qoşunların təmas xəttində yaranmış gərginliyin azaldılması istiqamətində əməli addımların atılmasını xahiş etməsi, əks təqdirdə isə Azərbaycan tərəfi üçün ağır nəticələrin baş verə biləcəyi fikrini söyləməsi Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən nə məntiqi baxımdan anlaşılan, nə də qəbul ediləndir. Ermənistan tərəfi həmişə olduğu kimi, öz bəd əməllərini gizlətmək məqsədilə yenə də beynəlxalq təşkilatlara guya ki, zərərçəkmiş qismində müraciət edir".

Mətbuat Xidməti Azərbaycan Ordusunun mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu qeyd edib:

"Amma həqiqət bəllidir ki, məhz erməni tərəfi ərazilərimizi işğal altında saxlayır, daim atəşkəs rejimini pozur, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd təsərrüfatı sahələrinə zərər yetirir. O ki qaldı növbəti erməni hədəsinə, ordumuzun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə və işğal olunmuş torpaqlardan birdəfəlik çıxartmağa yetərlidir. Əsgərlərimizin mənəvi-psixioloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün müasir hərbi-texniki imkanlara malikdir".

Nazirlik Ermənistan tərəfinin iyunun 5-də Azərbaycan Ordusunun bir neçə əsgərini öldürməsi haqqında yaydığı informasiyanın heç bir əsası olmadığını da vurğulayıb:

"Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır".

Qeyd edək ki, dünən Ermənistan mətbuatı iyunun 5-də Naxçıvan hücumu zamanı atəşkəsin məhz onlar tərəfindən pozulduğunu yazmışdı. Erməni mətbuatı Azərbaycan snayperlərindən ibarət maşına 400 güllə atdıqlarını və nəticədə bir neçə nəfərin öldüyünü bildirmişdilər.

Onu da xatırladaq ki, iyunun 5-də iki erməni muzdlu əsgəri Azərbaycan snayperinin gülləsinə tuş gəlmişdi. Bundan üç gün öncə isə Silahlı Qüvvələrimizin əsgəri Zaur Həsənov Naxçıvan istiqamətində şəhid olmuşdu.

Tarix
2014.06.11 / 14:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla