Yuxarı

Ərdoğanın İrəvana dəvətinin pərdəarxası – Səfir yazır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sərkisyan mayın 27-də dövlət komitəsinin iclasında "erməni soyqırımı"nın tarixi dəlillərilə tanış olması üçün Ərdoğanı gələn il rəsmi olaraq Ermənistana dəvət edib.

Axar.az xəbər verir ki, təqaüddə olan türk səfir Ömər Engin Lütem "Sərkisyanın dəvəti" başlıqlı məqaləsində məsələnin görünməyən tərəflərini izah edib:

"Bu, qeyri-ənənəvi dəvətin iki məqsədi ola bilər. Birincisi, Baş nazir Ərdoğanın 1915-ci il hadisələri iə bağlı mesajında ölən ermənilərin nəvələrinə verdiyi başsağlığı ilə başlamaq istədiyi yeni siyasi kursun qəbul edilməməsidir. İkincisi, Türkiyə Prezidentini alçaltmaq məqsədidir. İrəvana dəvət etmək yolu ilə "soyqırım başsağlığını" qəbul elətdirməyə çalışmağı necə açıqlamaq olar?"

Məqalədə Sərkisyanın Türkiyəyə qarşı siyasətdə xələflərinə nisbətən fərqli siyasi kurs seçdiyi bildirilir:

"Ermənistan dövlət başçıları Levon Ter Petrosyan və xələfi Robert Köçaryan soyqırım iddialarını irəli sürərək Türkiyəni təhrik etməkdən qaçıblar. Sərkisyan da bir müddət bu siyasəti davam etdirib. Daha sonra isə mövqeyini dəyişdirib. Erməni diasporunun irəli sürdüyü bəzi tələbləri dəstəkləməyə və xüsusilə Türkiyənin soyqırım iddialarını qəbul etməsini istəməyə başlayıb".

Eks-səfirin sözlərinə görə, Türkiyənin strateji mövqeyi ona qarşı bəzi qərarların qəbulunu önləyir:

"İndiyə qədər iyirmi ölkə parlamenti "erməni soyqırımı"nı tanıyan qərarlar qəbul edib. Bu ölkə hökumətlərindən heç biri rəsmi olaraq Türkiyədən soyqırım iddialarını qəbul etməsini, təzminat ödəməsini və üstəlik Ermənistana torpaq verilməsini istəməyib, heç buna işarə belə etməyiblər. Səbəb isə Türkiyənin gücü və əhəmiyyətli strateji mövqeyidir".

Qeyd edək ki, Ömər Engin Lütem əvvəllər Fransa, Almaniya, İtaliya, Liviya və Vatikanda Türkiyənin səfiri olub.

Tarix
2014.06.11 / 21:59
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla