Yuxarı

Cəbhədə erməni əsgər öldü: Ohanyan Azərbaycanı suçladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində hökumətə ayrılan vaxtda çıxışı zamanı Müdafiə naziri Seyran Ohanyan Azərbaycanla təmas xəttində vəziyyətin gərgin olduğunu etiraf edib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, Ohanyan Azərbaycanın dəfələrlə atəşkəsi pozması nəticəsində erməni əsgərlərin öldürüldüyünü bildirib:

"Ermənistan ictimaiyyəti bunu düzgün anlamalıdır və başa düşməlidir ki, erməni hərbçiləri düşmən tərəfin həmlələrini mümkün qədər dəf eləməyə çalışır. Bu, Dağlıq Qarabağ münaqişəsinin tam həllinə qədər davam edəcək".

Ohanyan deyib ki, Azərbaycan tərəfi məqsədli şəkildə və ardıcıl olaraq Ermənistanı sərhəd boyu imtana çəkir, hərbi qabiliyyətini yoxlayır və Ermənistanın ordusunun sərhəd boyu zəif və üstün yerlərini öyrənir. Lakin Azərbaycan tərəfinin bu addımlarının qarşısı amansızlıqla alınacaq.

Ohanyan həmçinin ATƏT-in monitorinq qrupunun yarıtmazlığından gileylənib. Əlavə edib ki, qurum faktiki olaraq hansı tərəfin atəşkəsi birinci pozmasını müəyyənləşdirə bilmir. Qurumda belə texnika və mexanizm yoxdur.

Bu arada qondarma "Dağlıq Qarabağ Respublikasının" müdafiə nazirliyi adlı qurumu bu gün ön cəbhədə qarabağlı erməni hərbçinin öldüyünü bildirib. 1994-cü il təvəllüdlü Dernek Manukyan başından aldığı güllə yarasından keçindiyi bildirilir. Manukyanın hansı şəraitdə və necə ölməsi ilə bağlı araşdırma aparılır. Onun erməni əsgərlər arasında silahlı atışma zamanı öldüyü ehtimalı da var.

Tarix
2014.06.11 / 22:37
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla