Yuxarı

Millət vəkili: Çox gözəl bir gün yaşadıq - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox gözəl bir gün yaşadıq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu” möhtəşəm keçdi. Azərbaycanın qədim tarixə sahib Gəncə şəhəri “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edən ilk şəhər oldu və möhtəşəm ev sahibliyi etdi.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva ötən gün təşkil edilən Gəncə Marafonu-2017 haqda qeyd edib. Millət vəkili tədbirin təşkilatçılarına - Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinə təşəkkür edib:

“Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib, Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edən marafonda 10 mindən çox insan iştirak etdi. Gənclər arasında gözəl ab-hava görməyə dəyərdi. Sadəcə, Gəncə üçün deyil, ətraf bölgələr və bütün ölkəmiz üçün əhəmiyyətli tədbir oldu. Sağlam həyata insanları təşviq edir. Gücümüzün çatdığı qədər gənclərlə bərabər qaçmağa çalışdıq, gözəl söhbətlər etdik, onlardan gözəl enerju aldıq. Əziz Mehriban xanıma, dəyərli Anar müəllimə, RİİB-nin bütün əməkdaşlarına, Elmar müəllim başda olmaqla Gəncə şəhər icra hakimiyyətinin bütün kollektivinə, gözəl çalışan könüllülərə və sevgi dolu əziz gəncəlilərə çox təşəkkürlər. İnanırıq ki, digər bölgələrimizdə də bu cür marafonlar olacaq”.

Qeyd edək ki, ötən gün təşkil edilən bu marafona məmurlar, ölkənin tanınmış simaları da qatılıb.

Tarix
2017.09.18 / 09:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla