Yuxarı

Dünya çempionatına doğru: Sonuncu iclas keçirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 19-da Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı sonuncu iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda Beynəlxalq Hərbi İdman Şurasının (CISM) rəsmi nümayəndəsi Abdul Rahim Bello, Litva Güləş Federasiyasının prezidenti Giedrius Dambruskas və CISM-in Qafqaz, Qara dəniz və Balkan regionu üzrə əlaqələndiricisi, ehtiyatda olan polkovnik Nevzat Varol və yarışlara qatılan komandaların rəhbər heyəti iştirak ediblər.

Litva nümayəndə heyətinin rəhbəri Valentinas Mizqaitis dünya çempionatı ilə əlaqədar yaradılan şərait və qaydalar barədə məlumat verib.

CISM-in güləş komitəsinin sədri Marko Kopella çıxış edərək yarışların təşkilindən, əhəmiyyətindən və təmsil etdiyi qurumun məramından, gələcəkdə keçirilməsi planlaşdırılan yarışlardan danışıb, idmançılara uğurlar arzulayıb.

Təşkilat komitəsinin iclasında yarışlarla bağlı bir sıra məsələlər müzakirə edilib və komanda rəhbərlərinin sualları cavablandırılıb.

Toplantıdan sonra texniki heyətin və hakimlərin iclası keçirilib.

Sonra həkim nəzarətindən keçən idmançıların çəkiləri dəqiqləşdirilib və püşk atılıb.

Qeyd edək ki, komandamızı sərbəst güləş yarışlarında Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) təmsil edəcəklər.

Yunan-Roma güləşçilərinin mübarizəsində Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxacaqlar.

Çempionatda qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) mübarizə aparacaqlar.

İyirmi üç ölkədən 320-yə yaxın idmançının qatıldığı dünya çempionatı sentyabrın 25-dək davam edəcək.

Tarix
2017.09.19 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla