Yuxarı

Oqtay Əsədov Qazaxıstan Məclisinin sədrini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Məclisinin sədri Habibulla Jakupovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə O.Əsədov qonağı salamlayaraq onu Qazaxıstan Məclisinə sədr seçilməsi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Spiker ümidvar olduğunu bildirib ki, H.Jakupov TürkPA-nın Şura üzvü kimi qurumun fəaliyyətinə öz layiqli töhfəsini verəcək.

O, xalqlarımızın dostluğunun qədim tarixi köklərə söykəndiyini söyləyərək, dövlətlərimizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını vurğulayıb: "Azərbaycan və Qazaxıstan müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri və fəal siyasi dialoq əlaqələrimizin daha da dərinləşməsinə öz müsbət təsirini göstərib. Bu gün Azərbaycanla Qazaxıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir. Qazaxıstanın həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər Azərbaycan xalqını da bir dost kimi sevindirir. Siyasi və iqtisadi sahədə münasibətlərimizin daha da dərinləşməsi təkcə Cənubu Qafqazda deyil, Orta Asiyada da sülhün və sabitliyin təmin olunması baxımından çox önəmlidir".

Sədr Qazaxıstan dövlət başçısının Avrasiya İqtisadi İttifaqının Astanada keçirilmiş təsis iclasında Azərbaycanın mövqeyini ifadə etdiyinə görə Qazaxıstan tərəfinə öz dərin minnətdarlığını bildirib. Spiker dövlətlərarası münasibətlər sistemində parlamentlərin roluna xüsusi diqqət çəkərək, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini və beynəlxalq parlament qurumlarında fəal əməkdaşlığı təqdirəlayiq hesab edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qazaxıstan Məclisinin sədri H.Jakupov ölkəmizə səfərindən və burada gördüyü inkişafdan məmnun qaldığını söyləyib. O, 15 iyun - Milli Qurtuluş Günü münasibətilə spikeri və Azərbaycan xalqını təbrik edərək, ötən dövrdə qazanılmış nailiyyətlərin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində dövlət başçılarının görüşlərinin əhəmiyyətini yüksək dəyərləndirərək deyib ki, Azərbaycan və Qazaxıstan əməkdaşlığı günbəgün genişlənir.
Söhbətdə bildirilib ki, bu gün Qazaxıstanda 130 mindən çox azərbaycanlı yaşayır. Onlar ölkə həyatının bütün sahələrində çalışırlar, ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər.

Qonaq TürkPA-nın fəaliyyəti barədə öz fikirlərini açıqlayaraq, qurumun türk dünyası üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlardan Ülvi Quliyev, Sədaqət Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

Tarix
2014.06.12 / 20:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla