Yuxarı

İlham Əliyevin ABŞ-da yəhudi diasporu ilə görüşü... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin keçirdiyi bütün görüşlərdə Azərbaycanın işğal olunmuş ərazilərindəki cari vəziyyət müzakirə olunacaq.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Prezident İlham Əliyevin ABŞ səfərini şərh edərkən deyib. O bildirib ki, Prezidentin bu səfəri ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır:

“BMT-nin Baş Assambleyanın 72-ci sessiyası dünya və region üçün vacib bir tarixi məqamda baş verir. Assembleyada müzakirə olunacaq məsələlər hamısı bu və ya digər şəkildə ölkəmizdə gedən proseslərin aktuallığını nəzərə alır”.

Politoloq qeyd edib ki, artıq Prezident İlham Əliyev səfər çərçivəsində bir sıra görüşlər həyata keçirib:

“Onların arasında yəhudi diasporu ilə görüşü xüsusi vurğulamalıyıq. Bu görüşün əsas məqsədi və mahiyyəti Azərbaycanın dünyəvi bir dövlət olması ilə bağlıdır. Son vaxtlar dünyada islamafobiya çox geniş vüsət alıb. Azərbaycan islamfobiyaya qarşı mübarizə aparan ölkələrdəndir. Ölkəmizdə bununla bağlı bir sıra işlər görülür. Ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bunun bariz nümunəsidir. Ölkə başçısının belə görüşlər keçirməsi, bu cür təşkilatlarla münasibətlər qurması islamafobiya ilə mübarizənin daha effektiv nəticə verməsinə gətirib çıxaracaq. Prezidentin növbəti günlərdə digər dövlətlərin nümayəndələri ilə də görüşlər keçirməsi gözlənilir”.

İ.Vəlizadə prezidentin keçirəcəyi bütün görüşlərdə Qarabağın əsas müzakirə mövzusu olacağını deyib:

“Səfər çərçivəsində Minsk Qrupu həmsədrlərinin də görüşü proqnozlaşdırılır. Həmsədrlərlə Dağlıq Qarabağ probleminin cari vəziyyəti müzakirə ediləcək. Baş Assambleya çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü də nəzərdə tutulub”.

Politoloq hazırda Qarabağ ətrafında gərgin bir vəziyyət yarandığını bildirib:

“Azərbaycanın işğal olunmuş torpaqlarında erməni tərəfi təlimlər keçirir. Azərbaycan tərəfi də öz ərazilərində təlimlərini davam etdirir. Bunlar mümkün hərb ssenarisi ilə bağlı təlimlərdir. Amma Azərbaycan tərəfi məsələnin hərb yoluyla həll olunmasını istəmir. Bunu bütün bəyanatlarında xüsusilə vurğulayır”.

Xatırladaq ki, Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfərə gediblər.

Tarix
2017.09.20 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla