Yuxarı

Türk ekspert Ankaranın Kərkük planını açıqladı – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə lazım gələcəyi təqdirdə İraqda hərbi əməliyyatlar keçirə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar söyləyib. Onun sözlərinə görə, Türkiyə Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumunun bölgədə yeni faciələrə səbəb olacağını düşünür:

“Türkiyə İraqın şimalında 25 sentyabrda keçiriləcək referendumla birgə bölgədə yaşanan xaosun daha da dərinləşəcəyinə və böyük hüquq pozuntularına səbəb olacağına inanır. Həmçinin bu addımla Ankara Türkiyənin təhlükəsizliyinin, torpaq bütövlüyünün, unitar formasının müxtəlif proseslərlə təhdid altına düşəcəyinə inanır. Başda Kərkük olmaq üzrə, İraqda mübahisəli bölgələr var və bunların statusu müəyyən edilməyib. Türkiyənin gələcəyi ilə bağlı müəyyən problemlər var ki, Ankara bunların ortaya çıxmasına imkan vermədən aradan qaldırılmasına çalışır. Türkiyə hər şeydən öncə İraqın ərazi bütövlüyünün tərəfdarıdır. Bu vaxta qədər Kərkükün statusunun həll edilməməsi əsas problem olaraq qalır. Kərkük sadəcə İraqın yox, həm də bütün Yaxın Şərqin qəlbidir. Həm etnik, həm dini, həm siyasi kütlələrin müxtəlifliyi Kərkükdə müəyyən planların qurulmasına səbəb olur. Belə olan halda hər şey İraqın ərazi bütövlüyü və Kərkükün statusunun əleyhinə olacaq. Türkiyə buna görə artıq öz kartlarını oynamaq məcburiyyətindədir”.

Türkiyə Bərzanini necə cəzalandıracaq?

A.Ağar Türkiyənin kürd referendumu ilə bağlı artıq Bərzani rəhbərliyinə müəyyən mesajlar göndərdiyini bildirib:

“Türkiyə referendumla bağlı prezident və baş nazir səviyyəsində öz mövqeyini ortaya qoyub. Həm İraqın ərazi bütövlüyü, həm də statusu müəyyən edilməmiş bölgələrlə bağlı həll variantının tapılması üçün Ankara İraqa özünün yüksək vəzifəli bürokratlarını göndərib. Bunlardan ən önəmlisi isə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bağdada səfər edib, Ankaranın mesajını çatdırması idi. Proses Ankara üçün bitməyib.

Kərkükdə artıq küçəyə çıxmaq qadağan olunub. Üstəlik, dünən burada müəyyən toqquşmalar da yaşanıb. Bölgədəki vəziyyətin belə olduğunu görən Türkiyə hərbi təlimlərə start verib. Bu təlimlər İraqa təsir edə biləcək bölgədə - yəni Silopi, Habur bölgəsində keçirilir. Bu, həm də İraqda ortaya çıxa biləcək bütün vəziyyətlərə qarşı Türkiyənin qəti mövqeyinin olması ilə bağlı mesajdır. Həm də təlimlər vasitəsilə Türkiyə lazım gələcəyi təqdirdə sərhədləri xaricində əməliyyatlar keçirməyə hazır olduğunu göstərir. Digər tərəfdən isə 1926-cı ildəki Ankara anlaşmasına uyğun olaraq, Türkiyənin İraqa bəzi müdaxilə haqlarının olması hələ də aktual olaraq qalır. İşin bu mərhələyə gəlib-gəlməməsini zaman göstərəcək. Türkiyə formalaşan vəziyyətə uyğun olaraq İraq Kürd Muxtar Vilayətinə verdiyi dəstəyi dayandıra, sərhəd qapılarını bağlaya, İraq Kürd Muxtar Vilayətinin rəhbərliyinin təcridini başlada, attaşelərini ləğv edə, tərəflər arasında müqavilələrdən imtina etmək kimi sanksiyalar tətbiq edə bilər. Ankara bu istiqamətdə İraq mərkəzi hökuməti, İran və digər qüvvələrlə də hərəkət edərək prosesə təsir göstərə bilər”.

Bərzani PKK ilə birləşir?

Əvvəllər Bərzani ilə münasibəti pis olan PKK-nın bu referendumdan istifadə edərək aktivləşəcəyinə gəlincə isə hərbi ekspert tərəflər arasında yeni iş birliyinin yaranma ehtimalı olduğunu söyləyib:

“PKK-nın İraqda təsiri daha çox digər kürd qruplar vasitəsilə həyata keçirilib. Bərzani indi özünə təzyiq yaradan vəziyyətlə qarşı-qarşıya qalıb. Türkiyə ilə Bərzani arasında əvvəllər PKK-ya qarşı iş birliyi mövcud idi. Bundan sonrakı dönəmdə isə PKK ilə İraq Kürd Muxtar Vilayəti arasında iş birliyi yaşana bilər. Bu, prosesə bağlı olacaq. PKK-nın Kərkükdə digər bölgələrdə təsiri Bərzanidən çox, digər kürd siyasi təşkilatları vasitəsilə yaranıb. Hətta bu təşkilatlar PKK-nın aktivliyi sayəsində Bərzanini təzyiq altına da almağı bacardılar. PKK-nın Bərzani ilə toqquşduğu ən vacib bölgə Sincardır. İndiki dönəmdə bu vəziyyət dəyişə bilər”.

Vaşinqton Bərzanini, yoxsa Türkiyəni seçəcək?

A.Ağar ABŞ-ın bundan sonrakı bölgə siyasətini Türkiyə və ya Bərzaninin xeyrinə dəyişdirməyəcəyini bildirib:

“ABŞ keçmişdə seçim edərək, yatırımını PKK-ya etmişdi. Onun buradakı siyasətini futbol oyununa bənzədin. ABŞ bu bölgədəki oyuna 11 nəfərlə çıxmaq istəmir. Onlar oyuna 22 nəfər və hakimlərlə birgə çıxmaq istəyirlər. Vaşinqtonun Bərzani və Türkiyə ilə dərin iş birliyi var, amma o yenə də öz oyununu oynayacaq. Ağ Ev nə Türkiyə, nə də Bərzanini itirmək istəyəcək”.

Tarix
2017.09.20 / 08:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla