Yuxarı

NATO: Diplomatların əsir düşməsində Ankara təqsirkardır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə hökuməti ona verilən məsləhətləri dinləmir və buna qeyri-ciddi yanaşması ağır nəticələrə gətirib çıxardır".

Bunu Axar.az-a Mosulda terrorçular tərəfindən Türkiyə konsulluğunun işçilərinin azad edilməsi üçün rəsmi Ankaranın həmin əraziyə qoşun yeridəcəyi ilə bağlı yayılan fikirləri şərh edən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov bildirdi:

"Öncə onu deyim ki, həmin ərazidə hərəkətlilik çox kritikdir və bir neçə gün öncə konsulluğun fəaliyyətinin müəyyən vaxta qədər dondurulması ilə bağlı Türkiyə hökumətinə xəbərdarlıq edilmişdi. Türkiyə hökumətinin bu təklifə qeyri-ciddi yanaşması konsulluğun işğalı və diplomatların əsir götürülmələri ilə nəticələndi. Türkiyənin son zamanlar yürütmüş olduğu xarici siyasət bir növ artıq fiasko xarakteri daşımağa başlayıb. Türkiyə hökuməti ona verilən məsləhətləri dinləmir və buna qeyri-ciddi yanaşması ağır nəticələrə gətirib çıxardır".

F. Məmmədov olayın NATO və ABŞ-ın gündəmində olduğunu deyir:

"Konsulluğa olan hücum istər NATO-nu, istərsə də Amerikanı narahat edir və konkret tədbirlər görülməsi ucun danışıqlar aparılır. Bu məsələ yəqin ki, tezliklə BMT-nin müzakirəsinə çıxarılacaq və BMT sanksiyası alındıqdan sonra təbii ki, Türkiyə öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə yubanmadan hərəkətə keçməlidir, yəni fərq etməz - istər Suriya, istərsə də İraq olsun! Türkiyə hər hansı ölkədə olan diplomatlarının təhlükəsizliyinə cavabdehdir! Hər şey BMT-nin çıxaracağı qətnamədən asılı olacaq. Ola bilsin, terrorçulara verilən ultimatum öz müsbət bəhrəsini versin və hər kəs azad olunsun!"

Xatırladaq ki, dünən İŞİD terror təşkilatı İraqın Mosul şəhərini işğal edib və burada çalışan Türkiyə konsulluğu da onların əlinə keçib. Yayılan bəzi məlumatlara görə, rəsmi Ankara girov götürülən rəsmiləri azad etmək üçün əraziyə qoşun yeridəcək.

Tarix
2014.06.12 / 22:25
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla