Yuxarı

Elxan Şahinoğlu Ukraynada fəxri fərman aldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Elxan Şahinoğlu Ukraynada mükafata layiq görülüb.

Axar.az xəbər verir ki, bu haqda o, Feysbuk səhifəsində məlumat yayıb. O bildirib ki, bu, politoloq kimi aldığı ilk mükafatıdır.

"Jurnalist fəaliyyətim boyunca çox sayda mükafat almışam. Ancaq politoloq kimi ilk dəfədir mükafat alıram. Bu gün Ukraynanın Müstəqillik Günü idi. Ukrayna hadisələrini mütəmadi işıqlandırdığıma və iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyim töhfəyə görə Ukrayna dövləti adından fəxri fərmanla mükafatlandırıldım. Sevincliyəm. Çünki təvazökarlıqdan uzaq olsa da, 4 ilə yaxındır Ukrayna mövzusunda çox çalışdım və indi də çalışıram. ”Maydan” hadisələrindən tutmuş Donbasın işğalına qədər proseslərin canlı şahidi oldum, separatizmin başlanğıc nöqtəsinə baş çəkdim, ukraynalı dostlarımı Ukrayna torpaqlarında ikinci Dağlıq Qarabağın yarandığına inandırmağa çalışdım, öncə inanmadılar, sonrakı proseslər çox təəssüf ki, proqnozumun doğru olduğunu göstərdi. Əlimdə o qədər material yığıldı ki, rus dilində ”Maydandan Maydana” kitabını yazdım. Bu istiqamətdəki fəaliyyətimi qiymətləndirdiyinə görə ikinci vətənim saydığım Ukrayna dövlətinə və şəxsən səfir Aleksandr Mişenkoya təşəkkür edirəm. Yola davam!" - E.Şahinoğlu qeyd edib.

Tarix
2017.09.20 / 23:28
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla