Yuxarı

Xaçatryan: "Astanada Sərkisyan təhqir olundu"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan beynəlxalq arenada mövqeyini tamamilə itirdiyindən heç bir prosesə təsir imkanı yoxdur".

Bu fikirləri erməni mediasına Moskvada yaşayan erməni politoloq Arbak Xaçatryan bildirib. Onun sözlərinə görə, Astanada baş verənlər də bunu təsdiqləyir:

"Əvvəl dedilər ki, Ermənistan da Avrasiya İttifaqının təsisçilərindən biri olacaq. İndi isə Ermənistanın qarşısında şərt qoyurlar. Ermənistan elə vəziyyətə düşüb ki, dövlət aparatı, institutu olmayan bir dövləti xatırladır. Belə bir dövlətin hansısa birliyə üzv qəbul olunması axmaqlıqdır. Lukaşenko uzun illər mübarizə apardı və indi onun başçılıq etdiyi dövlət müəyyən şərtlər ortaya qoya bilir. Ermənistanın isə məsələlərə heç bir strateji yanaşması yoxdur. Rəsmi İrəvan heç bir diplomatik addım atmır, siyasi gedişlər etmir, ona görə də sadəcə susaraq Əliyevin məktubunu dinləməyə məcbur olur. Əgər Astanada Sərkisyan Nazarbayevə cavab versəydi, nələrin olacağını təsəvvür etmək çox çətindir. Hələ indiyə qədər Ermənistan Qarabağın suverenliyini tanımadığından dəhşətli dərəcədə pis vəziyyətə düşüb.

Ona görə də belə məktublar və susmalar hələ çox olacaq. Bu, hələ başlanğıcdır. Ermənistan öz mövqelərini tamamilə itirib. Nazarbayev Ermənistana iyulun 1-nə qədər vaxt verib. Həmin vaxta qədər Ermənistan nəyisə dəyişmək iqtidarında deyil".

A.Xaçatryan deyib ki, Ermənistan dalana dirənib, heç bir çıxış yolu yoxdur: "Ermənistana rəhbərlik edənlər öz maraqlarını düşündüklərindən ölkənin maraqlarını təhlükə altında qoyurlar. Ona görə də Ermənistan heç kimə lazım olmayan dövlətə çevrilib. Astanada baş verənlər Ermənistanın, prezident Sərkisyanın biabırçı şəkildə ələ salınması idi. Astanada masa arxasında əyləşənlər erməni xalqını ələ saldılar. Putin Ermənistanı istənilən sənədin altından imza atmağa məcbur edə bilir. Bu gün Rusiyada çoxlu erməni yaşayır və Putin təkcə onların yox, elə Ermənistandakı ermənilərin də rəhbəridir və o, necə istəsə, elə də olacaq. Mənə elə gəlir ki, Ermənistanın yeni birliyə üzv olması heç Rusiya üçün də sərfəli deyil".

"KarabakhİNFO.com"

Tarix
2014.06.13 / 09:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla