Yuxarı

Cəmil Həsənlinin seçicilərlə görüşündə dava

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentliyə namizəd Cəmil Həsənlinin seçiciləri ilə görüşü zamanı döyüldüyünü iddia edən iki nəfərin polisə şikayəti əsasında araşdırma aparılır.

DİN-dən "Trend"ə verilən məlumata görə, Bakı şəhər sakinləri Polad Dünyamalıyev və Azər Əliyev sentyabrın 30-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət ediblər. Onlar bildiriblər ki, sentyabrın 29-da "Bakı" kinoteatrında prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüşü zamanı onun fikirlərinə etiraz ediblər. Bunun qarşılığında görüş iştirakçıları onları döyüblər.

Hazırda şikayətçilərin ərizələri əsasında Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

"Axar.az" saytı olaraq Cəmil Həsənlinin vəkili Tural Abbaslıdan məsələ ilə bağlı münasibətini öyrəndik:

"Bu iftiradı. Orada çox normal şəkildə görüş keçirilib. İcra Hakimiyyətinin nümayəndələri tərəfindən göndərilmiş xüsusi adamlar var idi ki, həmin adamlara, sonra da icra nümayəndələrinin və MKİS (JEK) müdirlərinin də pul payladığını bizim üzvlərimiz müşahidə ediblər və fotolarını, videolarını çəkiblər. Yəni, burada təxribat hazırlanmışdı, amma iştirakçıların təmkinli reaksiyası sayəsində heç bir insident baş vermədi. Əxlaqsız ifadələr işlədən, söyüş söyən bir-iki nəfər var idi ki, onların zaldan çıxarılması mülki geyimli polislər tərəfindən təmin olundu. Çünki orada Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov şəxsən özü təhlükəsizliyə cavabdeh kimi iştirak edirdi. Mülki polislər orada idi və biz onlarla operativ şəkildə işləyirdik. Hər hansı provokator olanda biz onlara bu haqda məlumat verirdik.

Bildiyiniz kimi, orada insanları təhqir eləmək – "siz kişi deyilsiniz-filan" cümlələrlə insanları təxribata çəkmək istəyənlər var idi. Bu barədə Səhlab Bağırova məlumat verdik və mülki polislərlə təşkilatımızın təhlükəsizlik əməkdaşları ilə birlikdə həmin insanı zaldan uzaqlaşdırdılar".

Tarix
2013.10.01 / 15:30
Müəllif
Vüsal T
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla