Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


"Biz sanballı münasibətlər qurmuşuq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri möhkəmlənib, çox yüksək səviyyəyə çatıb. Biz iqtisadi əlaqələrdə, sənaye istehsalı sahəsində, humanitar sahədə, energetika sahəsində yaxşı nəticələr əldə etmişik. Lakin ən başlıcası, son illərdə fəal qarşılıqlı əlaqələr bizi bir-birimizə o dərəcədə yaxınlaşdırıb ki, artıq nəinki regionda, həm də bütün dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər".

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu noyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Belarus nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilmiş görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Belarus münasibətlərinin əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil edir: "Biz bu baza üzərində sanballı münasibətlər qurmuşuq. Bu gün bizim müəssisələr arasında əlaqələr genişlənir, investisiya layihələri, sənaye istehsalı ilə bağlı layihələr həyata keçirilir, təcrübə mübadiləsi aparılır. Başqa sözlə desək, bizim münasibətlərimiz tam dəyərli xarakter daşıyır".

Prezident İlham Əliyev qeyd edib ki, Belarus prezidentinin Azərbaycana səfəri bu münasibətlərə yeni təkan verəcək: "Bu gün imzalayacağımız sənədlər də daha fəal əməkdaşlığımıza, bir-birimizi dəstəkləməyə, bir-birimizə kömək etməyə və birgə işləməyə kömək edəcək".

Görüşdə çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko iki dövlət arasında yaranan səmimiyyətə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib: "Bu, təbiidir. Yəqin ki, bu, ümumiyyətlə, Sizin xalqın milli xarakterinə və bu xalqın bir hissəsi kimi Sizə də xas olan cəhətdir. Bizim nümayəndə heyətini, məni və ümumiyyətlə, Azərbaycanda belarusları həmişə səmimiyyətlə qəbul etdiyinizə görə sağ olun. Güman edirəm ki, bizim ölkədə Sizin xalqın, Sizin millətin nümayəndələrinə münasibət mənasında Sizin də bizə qarşı heç bir narazılığınız yoxdur və ola da bilməz. Buna görə çox sağ olun".

Aleksandr Lukaşenko qeyd edib ki, iki ölkə arasında, ümumiyyətlə, istər siyasətdə, istərsə də diplomatiyada heç bir problem yoxdur: "Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik. Siz bizi həmişə dəstəkləmisiniz və dəstəkləyirsiniz. Biz də sizi həmişə dəstəkləmişik və dəstəkləyirik. Ticari-iqtisadi sahədə, iqtisadiyyatda da çox sanballı dinamika yaranıb". Belarus prezidentinin sözlərinə görə, 2006-2012-ci illərdə ticari-iqtisadi əlaqələrimizin genişlənməsinin göstəricisi olan əmtəə dövriyyəsi meyarı altı dəfə artıb: "Bu, çox sanballı göstəricidir. Lakin əmtəə dövriyyəsinin mütləq həcminin 300 milyon dollar təşkil etməsi qaneedici deyil. Bizim imkanlarımız daha çoxdur. Allaha şükür, bizim bu həcmi artırmağa imkanımız var. Bu problemi Sizinlə indicə müzakirə etdik – bu həcmi burada təkcə yığma əməliyyatları ilə məhdudlaşmayan istehsalatlar yaradılması hesabına artırmağa imkanımız var. Bu istehsalatlardan bəzilərinin lokallaşma dərəcəsi 40-60 faiz həcmindədir. Bu artıq müştərək istehsalat deməkdir. Əlbəttə, bizim sizinlə bərabər Azərbaycan torpağında istehsal edə biləcəyimiz məhsullar Azərbaycana sığmaz. Biz bu barədə danışdıq. Mən Prezidentdən xahiş etdim ki, onun beynəlxalq aləmdə nüfuzundan istifadə edərək biz üçüncü ölkələrdə birlikdə ticarətlə məşğul olaq. Bu, çox vacibdir. Biz beynəlxalq bazarlara fəal daxil olmalı və birgə istehsalatların məhsullarını birlikdə sataraq bu hesaba müvafiq mənfəət əldə etməliyik".

Aleksandr Lukaşenko Belarus mütəxəssislərinin hökumətlərarası komissiya çərçivəsində sənaye kooperasiyası üzrə işçi qrupu yaradılması barədə fikirləşməyi təklif etdiklərini bildirib: "Təkbətək söhbətimizdə Siz bu barədə çox danışmısınız".

Tarix
2013.11.21 / 23:04
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

O, türk dünyasının ən böyük liderlərindəndir - Özoral

Qalib Putin Suriyadan niyə çıxdı? – Mühüm səbəblər

Ermənilər Cəbrayıla köçürülür: Lavrovun məqsədi…

Trampın Qüds qərarı Putinə yeni yollar açır

Həmsöhbətinin səsini yaza, istifadə edə bilərsiniz - Ekspert

Rusiya kompromisə gedir - Politoloq

Heydər Əliyevin dərcinə qadağa qoyulan - Müsahibəsi

Putin Ərdoğana sürpriz etdi - Politoloq

İlham Əliyev 8 sərəncam, 2 fərman imzaladı

Ukrayna böhranla üzləşəndə Heydər Əliyev... - Kuryaçi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla