Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Noyabr 2018


Könül Kərimovanın anasını hansı məmur vurdu – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərsu"ASC-nin mühəndisi Vüqar Musayev Məlaikə Kərimovanı maşınla vuraraq hadisə yerində yaralını köməksiz vəziyyətdə qoyub.

Məlumatı Axar.az-a qadının qızı Könül Kərimova verib. Onun sözlərinə görə, hadisə aprel ayının 25-də səhər saat 10 radələrində Şəki şəhəri Heydər Əliyev prospektində baş verib:

"Azərsu" ASC Şəki Su Təchizatı və Kanalizasiya xətlərinin yenidən qurulması layihəsinin su mühəndisi Vüqar Şəfiq oğlu Musayev idarə etdiyi "KİA sportace" markalı 90 AN 097 dövlət nömrə nişanlı avtomobillə anam Kərimova Məlakə Sabir qızını piyada keçidini keçərkən vurub. Anam yol hərəkəti qaydalarına tam əməl edərək yolu keçirmiş. Bunu görən şahidlər də var. Hadisə zamanı nəinki anama köməklik etməyib, hətta məsuliyyətdən yayınmaq üçün əyri yollara əl atıb".

Kəllə-beyin travması, yoxsa adi sıyrılma?

Qəza nəticəsində anasının açıq kəllə-beyin travması aldığını və başının partlayaraq sümüklərinin çölə çıxdığını deyən K.Kərimova buna baxmayaraq ilk yardım həkiminin ona sadəcə sıyrıntı diaqnozu qoyduğunu vurğulayıb:

"Vüqar Musayev Şəki Mərkəzi Rayon Xəstəxanasında Təcili Yardım Stansiyasının Baş həkimi Arzu İlyaslı ilə birləşərək anamı xəstəxanadan uzaqlaşdırmaq üçün əllərindən gələni ediblər. Anamın açıq kəllə-beyin travması alması və başının partlamasına baxmayaraq, ona laqeyd münasibət bəsləyiblər, sadəcə sıyrıntı diaqnozu qoyublar. Həmin gün Vüqar Musayev anamın 10 manatlıq dərmanlarını alıb. Bundan sonra o, anamın vəziyyəti ilə qəti maraqlanmayıb".

Cinayət işi inzibati xəta kimi tamamlanıb

Anasının tələm-tələsik təcili yardımdan evə göndərdiklərini deyən K.Kərimova bunun təmənnalı edildiyini düşünür:

"Üç gündən sonra onun vəziyyəti kəskinləşdi və yenidən Şəki Mərkəzi Xəstəxanasına apardıq. Burada ona lazımı yardım göstərildi, yaraları tikildi. Lakin xəstə hadisə yerində xeyli qan itirdiyindən reanimasiya şöbəsinə yerləşdirildi".

Faktla bağlı Şəki Şəhər Polis İdarəsində araşdırma aparılıb. İstintaq İdarəsinin müstəntiqi Tariyel Qafarov zərərçəkənlərə bu hadisədə heç bir cinayət tərkibinin olmadığını, sürücünün isə yalnız İnzibati Xətalar Məcəlləsinin 151.1-ci (sürücülər tərəfindən yol hərəkəti qaydalarıın pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyini bildirib.

Piyadanı vurmağın cəriməsi - 200 manat

Bu nəticə ilə iş məhkəməyə göndərilib. Dünən - iyunun 12-də Şəki Şəhər Məhkəməsi sözügedən "inzibatı xətanı" araşdırıb və bir nəfəri ömürlük şikəst edən sürücünün 200 manat inzibati cərimə ödəməsi barədə qərar çıxarıb:

"Atam I qrup gözdən əlildir, şəkərli diabet xəstəsidir.Anam ona baxırdı, mən də həm işləyirəm, həm oxuyuram. Anam 10 gün xəstəxanada yatıb. Onun nəinki müalicəsini qarşılamaq, heç bir insan kimi telefonla da olsa halını soruşmadılar".

Onu da deyək ki, hadisənin düzgün qiymətləndirilməsi və yenidən araşdırılması üçün K.Kərimova artıq ölkə başçısına müraciət edib.

Günahkar piyada imiş

Məsələyə münasibət bildirən V.Musayev qəzada piyada Məlakə Kərimovanın günahka olduğunu bildirdi. Digər suallarımız isə cavabsız qaldı.

Tarix
2014.06.13 / 23:13
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Abel Məhərrəmovun qardaşı vəzifədən çıxarıldı? – Rəsmi

KTMT-nin Ermənistan problemi: Rəsmi İrəvanın qısqanclığı...

“Azərbaycandan gəlmələr” İrəvanda etiraza qalxdı - Video

Akademikdən Abel Məhərrəmova tənəli sözlər...

General “Abşeron” gömrük postunda

Paris Qarabağda iştirakını şübhə altına alır - Türk ekspert

ABŞ ekspertləri Bakı və İrəvanda...

Gömrük Komitəsi Dirçəliş Gününü qeyd etdi - Foto

Qarabağ erməniləri Bakı ilə danışıqlara gedə bilər

Əsəd hakimiyyətdə qalacaq, Türkiyə isə... – Şərh

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla