Yuxarı

Millət vəkli Türkiyədə nazirlə müzakirə apardı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Gənclər və İdman naziri Osman Aşkın Bakla görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycanla qardaş Türkiyə arasında bütün sahələrdə, o cümlədən gənclər və idman sahəsində də əməkdaşlığın daha da genişlənməsinin önəmli olduğunu xüsusi vurğulayıb. Qarabağ problemindən, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından geniş danışan Q.Paşayeva bölgəmiz üzərində böyük oyunların getdiyini deyib:

“Bu bölgədə bizə qarşı haqsızlıqlara qarşı mübarizə aparmağın tək yolu güclü olmaqdır, bu isə birlikdən keçir".

Millət vəkili gənclərimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair bir sıra təkliflərlə də çıxış edib və nazir onları müsbət qarşılayıb və geniş fikir mübadiləsi olub. Q.Paşayeva ortaq türk tarixi dərsliklərinin yazılmasının, bu dərsliklərin türk dövlət və toplumlarında yayılması və tədrisinin vacibliyinə toxunub:

“Bu dərsliklər bizi biri-birimizə daha da yaxınlaşdırmalıdır. Türk dövlətləri və toplumlarının həmrəylik, işbirliyi və güclənməsi yolu dildə, fikirdə, işdə birlik modelindən keçir”.

Qənirə Paşayeva türk dövlətlərinin məktəb və universitetlərində türk dili şivələrinin gənclərə öyrədilməsini də vacib sayıb: “Türk xalqlarının nümayəndələri biri-birini daha yaxşı anlasa, gələcəkdə bir-birilərinə daha sıx bağlanacaq, daha da güclənəcəklər. Türk dövlətləri arasında tələbə mübadiləsi, tələbə və gənclərlə bağlı ortaq layihələr genişləndirilməlidir”. Azərbaycanla, qardaş dövlət və toplumlarla əməkdaşlığa xüsusi diqqət göstərdiklərini deyən Gənclər və İdman naziri Osman Aşkın Bak ölkəmizlə gənclər sahəsində əməkdaşlığın daha da artacağını deyib.

“Gənclərimizin bir-birini daha yaxından tanıması, bilməsi və sahiblənməsi çox vacibdir” deyən nazir bu məsələyə xüsusi diqqət göstərəcəklərini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Gənclər və İdman naziri Osman Aşkın Bakla birlikdə fəal gənclər və gənclər təşkilatları təmsilçiləri ilə də görüşüb.

Sonra Kırşəhər valiliyinin binasında millət vəkili Q.Paşayeva Gənclər və İdman naziri Osman Aşkın Bak, Kışəhər valisi ilə birlikdə mətbuat və media qurumlarını maraqlandıran sualları cavablandırıb.

Tarix
2017.09.25 / 21:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla