Yuxarı

Fransanın ardınca Almaniya da dünyanı sarsıtdı... - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər Avropada millətçi partiya və təşkilatların təsir dairəsi genişlənməyə başlayıb. Avropanın iki əsaas ölkəsində - əvvəl Fransada, daha sonra isə Almaniyada keçirilən seçkilərin nəticələri bunu bir daha sübut edir.

Millətçi partiya və təşkilatların möhkəmlənməsi ilə bağlı Axar.az-a danışan politoloq İlqar Vəlizadənin sözlərinə görə, bu proses Avropanın uzun illərdən bəri təbliğ etdiyi dəyərlərin məhv olmasına gətirib çıxara bilər:

“Milllətçilərin Avropa ölkələrində təsir gücünün artması dünya miqyasında təhlükəli tendensiya hesab oluna bilər. Bu, təkcə dünən Almaniyada baş tutan seçkilərdə yox, ötən seçkilərdə müşahidə olunan və 10-15 ildir davam edən bir prosesin nəticəsidir. Bəzi millətçi partiyalar hər seçkidə əvvəlki illərə nisbətən daha çox səs toplayır və getdikcə möhkəmlənirlər. Bu da o deməkdir ki, onların seçici bazası artır. Beləliklə, millətçilər daxili siyasi proseslərə kifayət qədər ciddi təsir göstərirlər. Bu da sözsüz ki, təhlükəli bir vəziyyət yaradır. Çünki bu tendensiya onu göstərir ki, Avropanın uzun illərdən bəri insanlar arasında təbliğ etdiyi bərabərlik , digər dinlərə, başqa millətlərin nümayəndələrinə hörmətlə yanaşma və s. dəyərlər yavaş-yavaş yox ola bilər. Artıq Avropa siyasi səhnəsində millətçi partiya və təşkilatlar kifayət qədər əhəmiyyətli yer tuturlar, getdikcə tərəfdarlarının sayını artıra bilirlər. Bu da onu göstərir ki, gələcəkdə Avropada milli münaqişələr çoxala və Avropa siyasətində ciddi dəyişikliklər müşahidə oluna bilər ki, bu da Avropa Birliyi dəyərlərinə kifayət qədər mənfi təsir göstərə bilər”.

Ekspertin fikrincə, millətçilərin Avropada təsirini artırması Avropanın bəzi siyasi məsələlərdə öz mövqeyini sərtləşdirməsinə səbəb ola bilər:

“ Məsələn, miqrasiya, daxili azadlıqlar və s. kimi bir çox məsələlərdə Avropa siyasətini sərtləşdirə bilər. Hətta belə bir ehtimal var ki, hicab qadağan oluna bilər. Hazırda bəzi Avropa ölkələrində bu proses başlayıb. Bundan əlavə, məscidlərin tikilməsi ilə bağlı mövcud qadağalar arta bilər. Bu da öz növbəsində həmin ölkələrdə yaşayan müsəlmanlarla xristianlar arasındakı münasibətlərə təsir göstərə və vəziyyəti gərginləşdirə bilər. Bu zaman müsəlman icmasına qarşı təzyiqlərin artması da istisna olunmur. Avropada bəzi dövlətlər açıq-aşkar olmasa da, sözügedən təzyiqlərə dəstək verəcəklər. Bü cür prosseslər əlbəttə ki, AB-nin müsəlman ölkələrinə münasibətində dəyişikliklərə gətirib çıxarar”.

Politoloq bildirib ki, Avropada millətçilərin mövqelərinin güclənməsindən narahat olan bir sıra müsəlman ölkələri İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində vəziyyətlə bağlı öz narahatlıqlarını dilə gətirməyə başlayıb:

“Məsələn, Azərbaycan məsələ ilə bağlı açıq mövqe sərgiləyib və mövcud vəziyyətdən narahat olduğunu bildirib. Azərbaycanla yanaşı, Türkiyə də tənqidi fikirlər səsləndirib. İƏT-nın sonuncu iclasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirdi ki, bu məsələyə BMT çərçivəsində baxılmalıdır. Belə vəziyyət əlbəttə ki, müsəlman ölkələrini də narahat edir”.

Qeyd edək ki, ötən gün Almaniyada keçirilən seçkilərdə Almaniya üçün Alternativ Partiya ilk dəfə bu qədər yüksək səslə parlamentə düşüb. Bundan əvvəl isə Fransada prezident seçkilərində ultrasağçı Marin Le Pen Makronla ikinci tura keçmiş, ilk dəfə olaraq 34 faiz səs qazanmışdı.

Tarix
2017.09.26 / 08:45
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla