Yuxarı

Gəncədə ananı uşaqları görə-görə öldürdülər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Gəncədə 38 yaşlı qadın iki övladının gözü qarşısında qətlə yetirilib. Hadisəni törədən şəxs isə yaralıya kömək etməmələri üçün uşaqları da hədələyib. Özü isə hadisə yerindən qaçıb.

Puşkin küçəsi 55 ünvanında 38 yaşlı Mayisə Ələkbərova evdə övladlarının gözü qarşısında bıçaqlanıb. Onu xəstəxanaya çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyib.

Bıçaqlanmanın şahidi olmuş mərhumun övladları deyir ki, hadisəni törədən şəxs əvvəlcə analarına bıçaq xəsarəti yetirib. Sonra sinə nahiyəsinə yod töküb. Uşaqlara isə kömək çağıracağı və polisə məlumat verəcəyi halda ölüdəcəyini bildirib. Özü isə hadisə yerini tərk edib. Qorxu içərisində qalan uçaqlar bir saatdan çox heç kimə xəbər verməyiblər.

Hadisədən Mayisənin qonşuluqda yaşayan valideynləri xəbər tutub. Gəncə şəhər Prokurorluğunun hadisə ilə bağlı yaydığı ilk məlumatda bildirib ki, Mayisə Ələkbərova qeyri-rəsmi nikah münasibətlərində olduğu 31 yaşlı Hilal Bayramovla mübahisə etdikdən sonra özünü bıçaqlayıb.

İstinaqın gedişi başqa məqamlara işıq salıb. Prokurorluğun ikinci açıqlamasında isə qeyd olunur ki, Mayisə Ələkbərova özü tərəfindən deyil, Hilal Bayramov tərəfindən bıçaqlanıb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Hilal Bayramov saxlanılıb.

Fakt üzrə cinayət işi başlanıb./Ans/

Tarix
2014.06.14 / 14:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla