Yuxarı

Xaçmazda qəza: 1 ölü, 3 yaralı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xaçmaz - Niyazabad yolunun 10-cu kilometrliyində qeydə alınıb. Xaçmaz rayon sakini, 1974-cü il təvəllüdlü Ceyhun Ağayar oğlu Quliyevin idarə etdiyi 90 AU 754 dövlət nömrə nişanlı, "Chevrolet" markalı avtomaşınla "Opel" markalı 10 NM 613 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində "Opel"-in sərnişini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının (MRX) Niyazabad kənd həkim məntəqəsinin feldşeri Müqəddəs Müntaha oğlu Tahayev hadisə yerində dünyasını dəyişib.

Daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz MRX-na yerləşdirilib. Onlar "Chevrolet"-in sürücüsü C.Quliyev , "Opel"-in sürücüsü, 1968-ci il təvəllüdlü Əmrahov Fərhad Heydər oğlu və sərnişini, 1951-ci il təvəllüdlü Tahayeva Sürməxanım Naseh qızıdır. Xəsarət alanların vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, "Opel"-in sürücüsü F.Əmrahov Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsinin giziridir.

APA

Tarix
2014.06.14 / 16:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla