Yuxarı

Hökumət müəyyən vədlər verdi, ancaq... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi “Fars” xəbər agentliyinə verdiyi müsahibədə Şərqi Azərbaycan əyalətinin prioritet məsələlərini sadalayıb.

Axar.az xəbər verir ki, o, Məcid Xudabəxşin Şərqi Azərbaycanın valisi postuna təyin edilməsi məsələsinə də toxunub.

“Artıq Şərqi Azərbaycan üçün yeni vali təyin edilib. Hesab edirəm ki, qarşıdakı ən əsas məsələ əyalətin inkişafı olmalıdır. İnkişaf isə abadlaşdırma, sənaye, mədən, əkinçilik, elm və təlim sahələrini əhatə edir”, - o deyib.

Azərbaycanlı millət vəkili azəri türkcəsinin tədris edilməsini də əyalətin prioritet məsələlərindən biri olduğunu deyib. O bildirib ki, hökumət bu barədə müəyyən vədlər verib, bu istiqamətdə ilkin addımlar da atılıb. Lakin prosesi daha da sürətləndirmək lazımdır.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, ölkənin təhsil ocaqlarında qeyri-fars millətlərinin ana dili tədris oluna bilər. Lakin islam inqilabından sonra yazılan Konstitusiyanın 15-ci maddəsi hələ də icra olunmayıb.

Tarix
2017.09.26 / 17:25
Müəllif
Elşad Yaqublu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla