Yuxarı

Ermənilər NATO-nun Bakı tədbirində gərginlik yaratdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın siyasi əhəmiyyəti Rusiya və Ukrayna arasındakı münaqişədən sonra daha da artıb".

Axar.az xəbər verir ki, bunu Feysbuk səhifəsində deputat Zahid Oruc yazıb. Onun sözlərinə görə, NATO-nun Bakıda işinə başlayan konfransında əsas vurğulardan biri də məhz budur:

"Lakin gözlənildiyi kimi, Ermənistan nümayəndələrinin bu tədbirə qatılması diskussiyalardakı siyasi temperaturu qaldırıb. İttiham notlarına üstünlük verən, qəhrəman qiyafədə təqdimatlara cəhd edən ermənilər adekvat cavablarını aldılar. Bu haqda uyğun zamanda ətraflı məlumatlar verəcəyik. Cənubi Qafqazın təhlükəsizliyi beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğundan hazırkı xarici maraqlar, Qərb-Rusiya qarşıdurması və Avropadakı əsas planlar barəsində əsas məruzələrdən seçmələri sizinlə bölüşməyə çalışacağam. Tədbir davam edir".

Xatırladaq ki, tədbirdə Ermənistan nümayəndə heyətinin gərginlik yaratdığı barədə APA məlumat yayıb. Bildirilir ki, Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan çıxışında Milli Məclisinin sədri O.Əsədovun Azərbaycanın işğal olunmuş torpaqları, qaçqın düşmüş bir milyondan çox azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı tələbini "aqressiya" adlandırıb. O, israrla tələb edib ki, buradakı müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəf olaraq tək Ermənistan və Azərbaycan yox, qondarma "Dağlıq Qarabağ Respublikası" da göstərilsin. K.Nahapetyan müzakirələrdə Azərbaycanın işğal olunmuş torpaqları məsələsinin üstündən keçərək, daha çox Dağlıq Qarabağda yaşayan ermənilərin müqəddəratı məsələsini qabartmağa çalışıb.

Onun ardınca söz alan Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Siyavuş Novruzov Azərbaycanın torpaqlarının faktiki olaraq Ermənistan tərəfindən işğal olunduğunu və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını konkret faktlarla iştirakçılara, o cümlədən Ermənistan nümayəndə heyətinə xatırladıb:

"Əgər söhbət ermənilərin öz müqəddəratını həll etməyindən gedirsə, erməni xalqı artıq müqəddəratını həll edib və Ermənistan dövlətini yaradıb. İndi Azərbaycan torpaqlarında bir qisim erməni yaşayır deyə, orada da ikinci dövlət yaratmaq cəhdi təbii ki, absurddur. Bu gün dünyanın bir çox ölkələrində, məsələn, Kaliforniyada Dağlıq Qarabağdakından da çox erməni yaşayır. Belə çıxır ki, orada da "müqəddəratını həll etmək" adı ilə əlavə erməni dövləti yaradılmalıdır? Dünyanın 30-dan çox ölkəsində ermənilər kompakt halda yaşayır. Belə çıxır ki, dünyada 30-dan çox erməni dövləti yaradılmalıdır?"

S.Novruzovdan sonra D.Sammut yenidən söz alaraq öz fikrini bir daha təkrarlayıb, yenidən münaqişənin yalnız Azərbaycan və Ermənistan arasındakı problem olduğunu xatırladıb. O, müharibənin əleyhinə olduğunu bildirərək, tərəflərin dil tapmasını və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini bildirib.

Tarix
2014.06.16 / 12:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla