Yuxarı

İrəvanda Kreml əleyhinə olanların sayı sürətlə artır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yelk Partiyası Ermənistan parlamentində kiçik bir fraksiya olduğundan bu ölkənin Avrasiya İttifaqından çıxması üçün yetərincə səs toplama ehtimalı olduqca zəifdir.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan parlamentində bu ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasını özündə ehtiva edən qanun layihəsinin müzakirəsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ermənistanın Avrasiya İttifaqından çıxmaq imkanları zəif olsa da, burada bir cəhət xüsusilə diqqət çəkir:

“Ermənistanın AİB-dən çıxmaq və Qərb dünyasına, xüsusilə, Avropa Birliyi və onunla bağlı olan qurumlara inteqrasiya etmək əhval-ruhiyyəsi hər gün bir az da artır. Yəni bu məsələnin parlament səviyyəsinə çıxarılmasının özü çox böyük hadisədir. Bu o deməkdir ki, sıravi ermənilərin şüurunda bu məsələ geniş kök salıb və getdikcə özünə daha çox tərəfdar toplamaqdadır. Ancaq Rusiya bu məsələ ilə bağlı Ermənistanı daim təhdid edir və İrəvana bütün yardımları kəsəcəyini bildirir. Ermənistan ərazisində Rusiyanın iki hərbi bazası var və ölkənin sərhədləri də rus qoşunları tərəfindən qorunur. Üstəlik, Rusiyanın Ermənistanda hərbi-siyasi iştirak səviyyəsi kifayət qədər yüksəkdir. Bu iki faktor sözügedən qərarın qəbul edilməsini müşkül edir. Bir sözlə, bu məsələ getdikcə genişlənən bir hərəkata çevrilsə də, hələ bir müddət bunu reallaşdırmaq xeyli çətin olacaq. Bu fonda qarşıda İrəvanı çox gərgin günlərin gözlədiyini və hakimiyyət böhranının dərinləşəcəyini söyləmək mümkündür”.

Tarix
2017.10.01 / 09:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla