Yuxarı

Prezidentlə təkbətək görüşdü və sənədlər imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə Yunanıstan Prezidenti Karolos Papulyasla təkbətək görüşü keçirilib.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Yunanıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi ifadə edilib, ikitərəfli əlaqələr, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi başlayıb. Prezidentlər mərasimdə iştirak ediblər.

"Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş"i, həmçinin "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Azərbaycan Respublikasının Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Yunanıstanın Xarici İşlər naziri Evangelos Venizelos imzalayıb.

"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikası Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum"u isə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov və Yunanıstanın Xarici İşlər naziri Evangelos Venizelos imzalayıb.

Tarix
2014.06.16 / 16:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla