Yuxarı

İŞİD Bağdadda: ABŞ səfirliyi təcili evakuasiya edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Bağdada doğru irəliləməsi İraqda vəziyyəti daha da ağırlaşdırıb.

ABŞ hökuməti Bağdaddakı səfirliyini evakuasiya etməyə başlayıb. Publika.az-ın məlumatına görə, Vaşinqtondan gələn təlimatdan sonra dəniz piyadaları səfirlik əməkdaşlarını binadan təhlükəsiz şəkildə çıxarıblar. Diplomatik korpus əməkdaşlarının İordaniyanın paytaxtı Əmmana aparıldığı deyilir.

ABŞ-ın dövlət katibliyinin yaydığı bəyanatda ölkə vətəndaşlarına İraqa getməmək bildirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ Dövlət katibi Bağdaddakı ABŞ səfirliyinin təxliyə edilməsi mümkünlüyünü və artıq 100 nəfərlik əsgər heyətinin bu məsələ ilə bağlı təlimatlandırıldığını bildirmişdi.

Tarix
2014.06.16 / 16:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla