Yuxarı

Millət vəkili azərbaycanlı nazir təyinatında israr edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur Həsən Ruhaninin yeni Nazirlər Kabinetində türklərin yer almamasına növbəti dəfə etiraz edib.

Axar.az xəbər verir ki, azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etirazlarını davam etdirəcəyini deyən millət vəkili hələ ki, təyin edilməyən energetika və elm, tədqiqat və texnologiyalar naziri postları haqda xəbərdarlıq edib:

“Nazirlərin siyahısı parlamentə təqdim olduğu zaman mən prezidentə dedim ki, Azərbaycandan heç bir nazirin adı siyahıda yoxdur. Ona görə də ən azı elm, tədqiqat və texnologiyalar naziri türklərdən seçilməlidir. Bu haqda hələ ki, müzakirələr gedir, nəticənin nə olacağını demək çətindir”, - deyə o bildirib.

Millət vəkili qeyd edib ki, parlamentə təqdim olunacaq nazir türk olarsa, ona səs verəcək.

Qeyd edək ki, İranda ikinci dəfə prezident seçilən Həsən Ruhani avqustun 8-də yeni kabinetə namizədləri parlamentə təqdim edib. Təqdim olunan siyahıda 3 nəfərdən başqa, qalan namizədlərin hamısı fars bölgələrindəndir.

Tarix
2017.10.02 / 15:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla