Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Avqust 2018


Ramil Usubov polis rəisini işdən çıxardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmov tutduğu vəzifədən azad edilərək, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Xəbəri APA yayıb.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi, polis polkovniki Famil Xanbabayev bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin edilmişdi.

Bundan başqa, Abşeronun polis rəisi Namiq İsmayılov və Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin də vəzifələrinin dəyişdirilməsi ilə bağlı təqdimatın verildiyi bildirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin olunan Famil Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin oğlu, Xaçmaz rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli isə "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanovun qardaşıdır.

Qeyd edək ki, Şəmsəddin Xanbabayevin oğlunun Binəqədi Rayon Mühafizə İdarəsinin rəisi təyin olunması bağlı xəbərini ilk olaraq Axar.az yaymışdı.

Tarix
2014.06.17 / 13:13
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyanın böyük qorxusu: Əgər istefaya getsə...

Bu artımın Tarif Şurası ilə əlaqəsi yoxdur - Ekspert

Merkelin Bakı səfəri: AB regiona diqqəti artırır

Paşinyanın son ümidi də puç olur: Tramp...

İran Ermənistana bu yardımı dayandırsa... - Millət vəkili

İlham Əliyevdən dost ölkəyə: İnkişaf edəcək

Prezidentdən BMT-yə məktub: Məni kədərləndirdi

İlham Əliyevdən Ərdoğana: Sizə olan sonsuz inam və etimad...

Bakı bu tarixi sənəddə çox fəal rol oynadı - Deputat

İlham Əliyev sərəncam imzaladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla