Yuxarı

Üzeyir Cəfərov generalları Prokurorluğa verir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda fəaliyyət göstərən bütün idarə və təşkilatlar "Silahlı Qüvvələrin Müdafiə Fondu" adı altında müxtəlif maxinasiyalar edirlər".

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, tezliklə bu maxinasiyalarla bağlı Hərbi Prokurorluğa müraciət edəcəklərini bildirib:

"Mən Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə xəbərdarlıq edirəm, çünki onlarla bağlı heç də xoş olmayan məlumatlar gəlir. Bizdə belə məlumatlar var ki, zabitlərdən müxtəlif adlar altında pullar yığılır. Bu pullar zabitlərin ərzaq üçün aldığı hansısa vəsaitdən tutulur və onlar Silahlı Qüvvələrin Yardım Fonduna keçirilmə adı ilə yığılır. Belə addım qəti qadağandır və ümumiyyətlə özbaşınalıqdır. Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən bütün idarə və təşkilatlar Silahlı Qüvvələrin Müdafiə Fondu ad ilə müxtəlif maxinasiyalar edirlər. Silahlı Qüvvələrin adından istifadə edən belə adamların qarşısı alınmalıdır.

Ona görə çox istərdik ki, cənab nazir Zakir Həsənov bu problemə ciddi diqqət yetirsin və bu maxinasiyaların aradan qaldırılmasına yardım etsin. Çox təəssüf ki, belə neqativliklər Müdafiə nazirinin gördüyü müsbət işlərə kölgə salır. Bizdə bu neqativ addımları atan şəxslərin siyahısı var. Hazırda onlarla bağlı Hərbi Prokurorluğa müraciət hazırlayırıq. Hətta onların arasında bəzi generalların adları da var".

Xatırladaq ki, sosial şəbəkələrdə cəbhədə xidmət edən zabitlərin əmək haqlarını almaqda problemlə qarşılaşdıqları haqqında informasiyalar bir neçə gündür yayılmaqdadır.

Tarix
2014.06.17 / 13:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalanır

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla