Yuxarı

Ermənistan NATO ilə əməkdaşlıqdan imtina edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müxalif mediası bu ölkənin NATO ilə əməkdaşlığın dayandırılması ehtimalına əsaslanaraq analitik yazı ilə çıxış edib.

Axar.az xəbər verir ki, həmin məqalədə bu fikirlərə yer verilib:

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının son görüşündə NATO ilə əməkdaşlığın dayandırılması qərarı verilib.

Bu barədə KTMT-nin Baş katibi Nikolay Bordyuja bildirib.

Ermənistan da KTMT-nin üzvü olduğundan, çox böyük ehtimal ki, Xarici İşlər naziri Edvard Nalbandyan NATO ilə əməkdaşlığın dayandırılmasına razılıq verib. Lakin Edvard Nalbandyan Moskvada Alyansla əlaqələri bitirərkən, Müdafiə naziri Seyran Ohanyan Brüsseldə NATO-nun qərargah iclasında əlaqələri davam etdirmək barədə danışırdı.

NATO ilə əməkdaşlıq məsələsində İrəvan "ikili standartlar" göstərir. Əgər KTMT-nin Xarici İşlər nazirlərinin görüşündə NATO ilə əməkdaşlığın dayandırılması qərara alınıbsa, bu, Ermənistanın siyasi kursunda dramatik dəyişiklik deməkdir. Amma Ermənistan rəhbərliyi bu mühüm dəyişiklik barədə ictimaiyyəti məlumatlandırmaq zərurəti hesab etmir.

NATO ilə əməkdaşlıq bir neçə səbəbə görə Ermənistanın təhlükəsizlik sisteminin mühüm komponentlərindən biridir. Ermənistan bununla qüvvələr balansını saxlayır. Lakin Rusiya bu tarazlığı pozmaq və açarları əlinə almaq üçün çalışır.

Ermənistan təhlükəsizlik sistemi kimi KTMT-yə etibar etmir. Çünki KTMT-nin döyüş əməliyyatlarında iştirakı və təcrübəsi çox azdır. Ermənistan Xarici İşlər nazirinin Nikolay Bordyujanın açıqlaması üçün şərh verməsi tələb olunur. Ermənistan NATO ilə əməkdaşlığı dayandırıbmı?"

Tarix
2014.06.17 / 17:05
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla