Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Oktyabr 2017


4 günlük iş həftəsi rejiminə keçə bilərik? - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada 4 günlük iş həftəsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Alimlər bildirir ki, iş müddətinin azaldılması təkcə işçiyə yox, rəhbərliyə də xeyirlidir. Dörd günlük iş rejimində çalışan işçinin maddi durumu da yaxşılaşa bilər. Belə ki, o istəsə, yerdə qalan 3 gündə sərbəst iş fəaliyyəti ilə məşğul olub, daha çox pul qazanmaq imkanı əldə edə bilər. Bir neçə il bundan əvvələ qədər 6 günlük iş norması mövcud idi. Keçmiş SSRİ-də bu sistem Oktyabr inqilabının 50 illiyi münasibətilə ləğv olundu və 5 günlük iş sisteminə keçildi. İndi isə Avropa 4 günlük iş həftəsi məsələsini müzakirə edir.

Azərbaycanda 4 günlük iş həftəsinin tətbiq olunub-olunmaması ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, bizdə əsas problem insanların 8 saatdan artıq işləməsidir:

“Hamının işləməsi üçün stimullaşdırıcı iqtisadi durum mövcud olmalıdır. Əsas problem Azərbaycanda əhalinin 8 saatdan artıq işlədilməsidir. Bu siyahıya məmurlardan tutmuş, adi vətəndaşlara qədər bir çox insanı aid etmək olar. Nəyə görə məmur 8 saatdan artıq işləməlidir? Onun ailəsi, övladı yoxdurmu? Bütün bunları nəzərə alaraq bu məsələnin üzərində ciddi şəkildə dayanmaq lazımdır. Hər bir müəssisədə konkret iş saatları müəyyənləşdirilməlidir. Fikrimcə, 8 saatdan artıq işləməyə ehtiyac yoxdur və vətəndaşlar da yəqin ki, bununla razılaşar.

Məmurların çoxu müəyyən olunmuş iş saatlarından daha çox işləyir. Hansısa dövlət və ya özəl sektorda çalışan işçilərin 8 saatdan artıq işlədilməsinə heç kimin haqqı yoxdur. Buna görə də sözügedən problemi müvafiq qurumların diqqətinə çatdırmaq lazımdır. İş vaxtından artıq işləmək insanın sağlamlığını itirməsi deməkdir. Heç bir halda buna yol vermək olmaz”.

F.Mustafa ölkə ərazisində 8 saatlıq iş rejiminin tətbiq olunması üçün Milli Məclisdə təklif irəli sürəcəyini bildirib:

“Şənbə və bazar günləri işləyənlərlə yanaşı, həftə içi iş saatlarından artıq çalışan xeyli insan var. Məsələn, xaricdə mağazası olan şəxs bazar günlərində obyektini yalnız özü işlədə bilər. Bir adamı həm həftə içi, həm də istirahət günləri işlədib, dincəlmək haqqını əlindən almaq olmaz”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda iş məsələsində mövcud olan problemlərdən biri qadın əməyinin istismar olunmasıdır:

“Nəzərə almaq lazımdır ki, qadınların da ailəsi var. Əgər bu qadın işdən əlavə evinə vaxt ayıra bilmirsə, övladlarının dərsi ilə kim maraqlanmalıdır, onların qayğısına kim qalmalıdır? Təəssüf ki, bu gün belə hallar kifayət qədər geniş yayılıb. Məhz buna görə də vətəndaşlara müəyyən olunmuş saatdan artıq iş verilməsini doğru hesab etmirəm. Konstitusiyada nə müddət yazılırsa, ona əməl edilməlidir. Heç olmasa, insanlar bilsinlər ki, 8 saat işləyəcəklər və ona uyğun maaş alacaqlar. Yoxsa, bütün gecəni işləyirsən, sağlamlığını itirirsən, amma maaşında da bir dəyişiklik olmur. Bunun sonu hara gedir?”

Tarix
2017.10.11 / 08:45
Müəllif
Büllurə Yunus
Şərhlər
loading...
Digər xəbərlər

Vasif Talıbov fransalı səfirlə görüşdü - Foto

Özbəkistan prezidentindən Qarabağ açıqlaması

Milli Məclis 20 məsələni gündəmə gətirir

ABŞ-ın arqumenti alt-üst oldu - Politoloq

Turistlərin sayında 21 faiz artım var - Nazir

Ermənistan rəhbərliyinin savadsız danışıqları... - XİN

Gürcüstanda "anti-türk" siyasəti: Azərbaycanlılar...

İlham Əliyev sərəncam imzaladı

Bakıya xəyanət edən 4 türkiyəli... - Çavuşoğlu

AŞPA-da Bakıya qarşı olan deputatımız… - Çavuşoğlu

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla